Türkiyə Azərbaycana hərbi dəstəyini dəfələrlə artırıb - Rəsmi statistika | Eurasia Diary - ednews.net

16 İyun, Çərşənbə


Türkiyə Azərbaycana hərbi dəstəyini dəfələrlə artırıb - Rəsmi statistika

Siyasət A- A A+

2021-ci ilin ilk dörd ayı ərzində Türkiyə Azərbaycana müdafiə sənayesi və aviasiya məhsullarının ixracını artırıb.

Eurasia Dairy-nin APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Anadolu” agentliyinin Türkiyə Ticarət Nazirliyi və İxracatçılar Məclisinin göstəricilərinə əsasən yayımladığı xəbərdə qeyd olunub.

Bildirilib ki, cari ilin ilk dörd ayı ərzində Türkiyə Azərbaycana 117 milyon 315 min ABŞ dolları dəyərində müdafiə sənayesi məhsullarının satışını həyata keçirib. Ötən ilin müvafiq dövründə bu göstərici cəmi 8 milyon 872 min dollar təşkil edib ki, bu da 13,2 dəfə çoxdur.

Yanvar-aprel ayları ərzində Türkiyənin müdafiə sənayesi və aviasiya məhsulları ixracının ümumi dəyəri illik ifadədə 47,7% artaraq 949 milyon 744 min dollar təşkil edib. Hesabat dövründə Türkiyənin bu kateqoriyada ən çox məhsul ixrac etdiyi ölkə 386,1 milyon dollar təşkil etməklə ABŞ olub. ABŞ-a ixrac əvvəlki illə müqayisədə 56% artıb. Azərbaycan Türkiyənin ixracında ikinci pillədə qərarlaşıb. Cari ilin ilk dörd ayında Türkiyədən ən çox müdafiə sənayesi və aviasiya məhsulları alan digər ölkələr BƏƏ (90 milyon 299 min dollar), Banqladeş (57 milyon 827 min dollar) və Almaniya (50 milyon 14 min dollar) olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...