Bakı, İrəvan, Moskva nəyi müzakirə etməyə hazırlaşır?

Siyasət 13:44 29.09.2021

Oktyabr ayında Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin görüşü keçiriləcək. Belə ki, Azərbaycan respublikası Prezidenti İlham Əliyev sentyabrın 27-də “Anadolu” agentliyinə verdiyi müsahibəsində bu barədə məlumat verib. Prezident çıxışı zamanı üçtərəfli təmasların indiki şəraitdə lazımlı vasitə olmasını da qeyd edib.

Ümumilikdə, daha əvvəl də üçtərəfli işçi qrupun müzakirələri baş tutub.

Lakin sonuncusu iyul ayında təşkil olunan müzakirələrin üzərindən xeyli müddət keçib və hazırki situasiya o zamankından bir xeyli fərqlənir. Belə ki, o zaman Ermənistanda möhkəmlənmiş hakimiyyət mövcud deyildi və danışıqların bu formada davam etirilməsi səmərəsiz idi. Bu səbəbdən də rəsmi Bakı ölkə daxilində sabitliyi təmin etmək üçün İrəvana müəyyən müddət tanıdı və avqust ayında işçi qrupun fəaliyyəti yenidən bərpa olundu. 

İndi isə danışıqlar masasına oturmaq üçün əlverişli fürsət yetişib.

Belə ki, ilk olaraq, Ermənistanda Nikol Paşinyan iqtidarını müəyyən qədər möhkəmləndirməyi bacarıb.

İkincisi, Ermənistanın özündə dialoqun qurulması istiqamətində müsbət impulslar müşahidə olunur. Xüsusilə də, Türkiyə ilə danışıqlar və əməkdaşlığın qurulması istiqamətində İrəvan rəsmilərindən gələn açıqlamalar bu iddiaları sübut edir.

Üçüncüsü, Azərbaycan tərəfinin siyasi təzyiqlərinin artması. Rəsmi Bakı həm Kremlə, həm də İrəvana qarşı öz sərt mövqeyini ortaya qoymaqla problemli məsələlərin tez bir zamanda həllinə nail olmaq üçün lazımi siyasi mövqeyi ortaya qoyub.

Dördüncüsü, Türkiyə faktoru. Belə ki, rəsmi Ankara regionun əsas söz sahiblərindən biri kimi regionda sülhün təmin olunmasında və iqtisadi əlaqələrin bərpasında maraqlı olduğunu açıq şəkildə nümayiş etdirib.

Digər maraqlı nüans isə, baş nazirlərin müavinlərinin görüşündə müzakirə olunacaq məsələlərdir. Hələlik bununla bağlı, hər hansı rəsmi açıqlama olmasa da, mövcud geosiyasi vəziyyət və tərəflərin maraqları çərçivəsində indidən müəyyən proqnozların irəli sürülməsi mümkündür.

​​​​​​​1. Sülhməramlıların fəaliyyəti. Xüsusilə də, vaxtaşırı olaraq Azərbaycan tərəfindən rus slühməramlılarının birtərəfli davranışları tənqid hədəfinə çevrilir. Hətta bir sıra mütəxəssislər Rusiya kontingentinin 10 noyabrda imzalanmış bəyanatda nəzərdə tutulmuş 5 illik müddətdən daha erkən Qarabağdan çıxarıla biləcəyi haqda ehtimallar irəli sürürlər.

Bunu nəzərə alarsaq, Kreml nümayəndəsinin müzakirələr sırasında sülhməramlıların fəaliyyətinin davam etdirilməsi ilə bağlı məsələləri masaya yatıracağını ehtimal etmək olar.

2. Regionda kommunikasiyaların  bərpası. Azərbaycanın əsas tələblərindən biri olan Cənubi Qafqazda kommunikasiya xətlərinin bərpası məsələsinin görüşün gündəliyinə salınacağını ehtimal etmək olar.

Xüsusilə də, Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin layihəsinin hazırlandığı ilə bağlı verdiyi açıqlamasından sonra sözügedən mövzunun aktuallığı daha da artıb.

3. Sərhədlərin delimitasiyası. Əvvəlki görüşdə də əsas müzakirə mövzusu olan bu məsələnin həlli üçün hal-hazırda əlverişli fürsət də mövcuddur. Belə ki, iranlı sürücülərin Azərbaycan polisi tərəfindən Gorus-Qafan yolunda saxlanılmasının ardından Nikol Paşinyan mətbuata verdiyi açıqlamasında həmin ərazinin Azərbaycanın sərhədləri daxilində olduğunu açıq şəkildə etiraf etmişdi.

Ona görə də, indi, yəni Ermənistan hökumətinin Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə qəbul etmək niyyətində olduğunu nümayiş etdirdiyi bir vaxtda sözügedən məsələnin də öz həllini tapması ehtimalı heç də az deyil.

4. Sülh müqaviləsi. Regionda sabitliyin qarantı ola biləcək əsas rəsmi sənəd olan sülh müqaviləsi məsələsinin görüş zamanı qabardılması mümkündür. Ələxsus da, Rusiya üçün sözügedən sənədin məhz onun vasitəçiliyi ilə imzalanmasına marağın böyük olacağını nəzərə alsaq, Kremlin tez bir zamanda bunun üçün lazımi addımları atması mümkündür.

Ümumilikdə isə, görüşün Cənubi Qafqazda Azərbaycanın maraqlarına uyğun situasiyanın yaranması istiqamətində mühüm addımlardan biri ola biləcəyini söyləyə bilərik.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"İranın hələ də zənginləşdirilmiş uranı qalıb"
01:45 11.07.2025
Dubayda süni intellektli restoran açılır
01:19 11.07.2025
Serbiya nüvə proqramını inkişaf etdirəcək
00:49 11.07.2025
Eritrositlərin yaradılmasının yeni üsulu kəşf olundu
00:16 11.07.2025
" İsrail Qəzzada diplomatiyaya razıdır, güc tətbiqinə isə hazırdır"
23:53 10.07.2025
Pentaqon PUA-lar istehsalı sahəsində Rusiya və Çinə çatmaq istəyir
23:15 10.07.2025
Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Hamısı