Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Siyasət A- A A+
Bu il Tbilisidə Azərbaycanla Gürcüstan arasında Hökumətlərarası Komissiyanın iclası, eləcə də iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək. 
 
Ednews xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zviad Chumburidze Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda bildirib. 
 
"Əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Post pandemiya dövründə daha da aktiv olmalıyıq. Bugünki tədbir ikitərəfli əlaqələrə, əməkdaşlığa töhfə verəcək.
 
Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Uzun əsrlər davam edən münasibətlər var, post pandemiya dövründə bir neçə yüksək səviyyəli görüşlər həyata keçirilib. Biz bir sıra istiqamətlərdə əməkdaşlıq edirik", - deyə o, qeyd edib. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...