Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.
Ednews xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.
“T.Klaar hazırda Ermənistandadır, daha sonra onun Bakıya səfəri nəzərdə tutulub” – deyə məlumatda bildirilib.
Qeyd edilib ki, T.Klaar iyulun 15-də Azərbaycanda bir sıra görüşlər keçirəcək.