ABŞ Ukraynaya 1,1 milyard dollar dəyərində yeni hərbi yardım paketi ayırır.
Ednews “Reuters“ə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmisi bildirib.
Mənbə Vaşinqtonun yeni paketi elan etmək üçün Ukraynanın işğal altındakı ərazilərində keçirilən “referendum”un nəticələrini gözlədiyini və qarşıdakı günlərdə açıqlayacağını bildirib.
Təhlükəsizlik paketinə HIMARS raket sistemlərinin, dron əleyhinə müxtəlif sistemlərin, radar sistemlərinin, ehtiyat vasitələrin, təlim və texniki dəstəyin daxil olacağı qeyd olunub.