Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib - ednews.net

5 Dekabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Siyasət A- A A+
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib.
 
Bu barədə Ednews-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, Rumıniyanın paytaxtı Buxarest şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı keçirilir.
 
Konfrans çərçivəsində oktyabrın 3-də BTİ Şurasının 2023-2026-cı illər üzrə üzvlüyünə, həmçinin BTİ-nin Radio Tənzimləmə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.
 
Kifayət qədər rəqabətli şəraitdə keçirilmiş seçkilərin nəticələrinə əsasən, Azərbaycan olduqca yüksək göstəricilərlə - 154 səslə BTİ Şurasının üzvlüyünə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Sahibə Həsənova isə 114 səslə BTİ-nin Radio Tənzimləmə Komitəsinin üzvlüyünə seçilib.
 
Azərbaycan XİN hər iki namizədliyə dəstək verən bütün dövlətlərə öz minnətdarlığını bildirir.
 
Qeyd edək ki, sentyabrın 26-da başlayan konfrans oktyabrın 14-də yekunlaşacaq.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...