“Bu günə qədər 90 minə qədər şəxsə "Müharibə veteranı" adı verilib və onlara aylıq 80 manat Prezident təqaüdü ödənilir”.
Ednews xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib.
O bildirib ki, bu günə qədər 12 800 şəhid ailəsinə isə ev verilib:
“Ümumiyyətlə, Vətən müharibəsi başa çatandan sonra 3800-ə yaxın belə fərdi ev və mənzillər verilib. Bu ilin proqramına uyğun olaraq, 800 mənzil verilib. İlin sonuna qədər bu rəqəmin 1500-ə çatdırılması gözlənilir”.