Qarabağda sərvətlərimizin qanunsuz istismarı Moskvada GÜNDƏMƏ GƏTİRİLDİ - FOTOLAR - ednews.net

3 Fevral, Cümə

(+994 50) 229-39-11

Qarabağda sərvətlərimizin qanunsuz istismarı Moskvada GÜNDƏMƏ GƏTİRİLDİ - FOTOLAR

Siyasət A- A A+
Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının Moskvada görüşü keçirilib.
 
Baş Prokurorluqdan Ednews-a  verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşü keçirilib.
 
Kamran Əliyev mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyətini, həmçinin Ermənistan tərəfindən ərazilərimizin minalanma prosesinin davam etdirilməsinin yolverilməzliyini qeyd edib.
 
Baş prokuror Qarabağa qanunsuz səfərlərin təşkilini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb.
 
1-ci və 2-ci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini bildirib.
 
Eyni zamanda, Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlara tam şəkildə riayət olunduğu bildirib.
 
Görüş çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq mexanizmləri müzakirə edilib.
1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...