Ermənistan hökuməti Aşıq Ələsgərin abidəsini də dağıdıb

Siyasət 14:00 21.03.2023
"Ürək ağrısı ilə qeyd etmək lazımdır ki, Ermənistan hökuməti orada qalan Azərbaycan mədəni irsinin böyük hissəsi kimi Aşıq Ələsgərin abidəsini də dağıdıb".
 
Ednews xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda deyilir:
 
"Bəşəriyyətin bu gün qeyd etdiyi Ümumdünya Poeziya Günü və sülh, barışıq və humanizm dəyərlərini aşılayan Novruz bayramı Qərbi Azərbaycandan didərgin düşmüş azərbaycanlılar üçün xüsusi məna kəsb edir.
 
Bu gün Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgərin (1821-1926) doğum günüdür.
 
1821-ci ildə İrəvan xanlığının Göyçə mahalının Ağkilsə kəndində anadan olmuş Aşıq Ələsgər aşıq sənətinə Göyçə aşıq məktəbinin digər böyük ustadı Aşıq Alının himayəsi altında yiyələnib. Aşıq Ələsgər misilsiz bədii-estetik ustalığı ilə xalqının ruhunu əks etdirən əsərlər yaradaraq, ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs verib.
 
Onun ana dilinə və doğma təbiətinə məhəbbətlə aşılanmış, dərin təəssürat doğuran vətənpərvər yaradıcılığı sərhədsiz ifadə imkanlarının parlaq sübutu kimi dayanır. Aşıq Ələsgərin fəlsəfi dərinliyi və poetik lirikası ilə seçilən ədəbi töhfələri Azərbaycan ədəbiyyatı irsinin ayrılmaz hissəsinə çevrilib.
 
Aşıq Ələsgər fədakar və istedadlı tələbələri olan məktəb yaratmış və onun irsi görkəmli şair, yazıçı nəsillərini və oxucuları ilhamlandırdır. Aşıq Ələsgərin poeziyası Azərbaycan aşıq sənətinin qorunan dünya qeyri-maddi mədəni irs siyahısında yer almasında böyük rol oynayıb.
 
Aşıq Ələsgərin zəngin ədəbi irsi Ümummilli Lider Heydər Əliyevin yorulmaz səyləri nəticəsində geniş şəkildə təbliğ olunub.
 
Heydər Əliyevin təşəbbüsü ilə sənətkarın 150 illik yubileyi dövlətin ən yüksək səviyyələrində qeyd olunub, Qərbi Azərbaycanın qədim Göyçə mahalında, doğulduğu kənddə onun xatirəsinə abidə ucaldılıb.
 
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynayıb.
 
Ürək ağrısı ilə qeyd etmək lazımdır ki, Ermənistan hökuməti orada qalan Azərbaycan mədəni irsinin böyük hissəsi kimi Aşıq Ələsgərin abidəsini də dağıdıb. Bu gün biz - Ermənistandan qovulmuş azərbaycanlılar, yaradıcılığı ümumbəşəri sərvət kimi əziz tutulan Aşıq Ələsgərin doğum gününü fəxarətlə qeyd etməklə bərabər, Qərbi Azərbaycanda dağıdılmış mədəni irsimizi kədərlə anırıq.
 
Biz Aşıq Ələsgərin məzarını və Ermənistanda qoyub getməli olduğumuz digər mədəni irsimizi, müqəddəs yerlərimizi, qəbiristanlıqlarımızı hələ də ziyarət edə bilmirik. Bu yerləri ziyarət edə bilməyimiz üçün beynəlxalq ictimaiyyətə etdiyimiz müraciətlər cavabsız qalıb.
 
Etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün Ermənistana müvafiq mandatla missiya göndərmiş Avropa İttifaqı Şurasının sədri Şarl Mişelə bu məsələ barədə göndərdiyimiz müraciətimizə hələ də cavab gözləyirik.
 
Azərbaycan ictimaiyyətinin UNESCO-ya Azərbaycanın mədəni irsinin vəziyyətinin monitorinqi üçün Ermənistana missiya göndərilməsi ilə bağlı dəfələrlə etdiyi müraciətlər cavabsız qalıb.
 
Ermənistanın etnik təmizləmə siyasəti təkcə mədəni abidələrimizə deyil, UNESCO tərəfindən bəşəriyyətin mədəni irsi kimi tanınmış aşıq sənətinə də böyük ziyan vurub.
 
Odur ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtmasına kömək etmək Ermənistan tərəfindən dağıdılmış və təhlükə altına alınmış mədəni irsin bərpası və qorunması baxımından da bəşəriyyətin qarşısında duran ümdə vəzifədir.
 
Bütün bunları nəzərə alaraq, biz beynəlxalq ictimaiyyətə bir daha müraciət edərək, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə, dağıdılmış mədəni irsimizin bərpa edilməsinə yardım etməyi xahiş edirik".
 
Bundan əlavə, İcma Ermənistan hökumətindən oradakı Azərbaycan mədəni irsini dağıtmağı dərhal dayandırmağı tələb edir.
 
İcma həmçinin, Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsin vəziyyətinin dəyərləndirilməsinı, o cümlədən, zərər vurulmuş və yer üzündən silinmiş mədəni irs nümunələrinin siyahısının hazırlanmasını və Ermənistan hökumətinin onları bərpa etmək və qorumaq öhdəliyini icra etməsini təmin etmək üçün UNESCO-ya çağırış edir.
 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Dubayda süni intellektli restoran açılır
01:19 11.07.2025
Serbiya nüvə proqramını inkişaf etdirəcək
00:49 11.07.2025
Eritrositlərin yaradılmasının yeni üsulu kəşf olundu
00:16 11.07.2025
" İsrail Qəzzada diplomatiyaya razıdır, güc tətbiqinə isə hazırdır"
23:53 10.07.2025
Pentaqon PUA-lar istehsalı sahəsində Rusiya və Çinə çatmaq istəyir
23:15 10.07.2025
Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Hamısı