Hikmət Hacıyev: Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir.
Ednews xəbər verir ki, Prezidentin köməkçisi bu fikirləri Çinin “Phoenix” telekanalına müsahibəsində səsləndirib.
"Dəniz və quru yükdaşımalarının həcminin davamlı artması ilə Azərbaycanın Cənubi Qafqazda mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməkdədir", - diqqətə çatdırılıb.
O həmçinin əlavə edib ki, “Bir kəmər, bir yol” layihəsi marşrut boyu yerləşən ölkələrin ümumi rifahına müsbət təsir göstərib, onlar arasında əməkdaşlığı möhkəmləndirib.