Azərbaycan Ermənistanı hələ tammiqyaslı sülh müqaviləsi bağlanmazdan əvvəl mehriban qonşuluq münasibətlərinin əsas prinsipləri üzrə razılığa gəlməyə dəvət edir, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə bildirib.
“Hələ 2021-ci ildə biz müvəqqəti variant kimi Ermənistana fundamental prinsiplər üzrə razılığa gəlməyi təklif etmişdik. Bu prinsiplərin uzlaşdırılması ölkələrimiz arasında mehriban qonşuluq münasibətləri yarada bilər”, - Hacıyev əlavə edib.
Jurnalistlərin sualını cavablandıran prezidentin köməkçisi onu da qeyd edib ki, ATƏT-in Minsk qrupunun mövcudluğu üçün heç bir əsas yoxdur.
“Azərbaycan Ermənistan tərəfinin ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı ATƏT-ə birgə müraciət etməsini təklif edib. Onun mövcudluğuna ehtiyac yoxdur. Əgər münaqişə yoxdursa, ATƏT-in Minsk qrupunun qalması üçün hansı əsaslar ola bilər?” Hacıyev əlavə edib.
Xəyal