Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı çərçivəsində 20-dək əməkdaşlıq sənədi imzalamağı planlaşdırır.
“EDnews” xəbər verir ki , bunu Azərkosmos"un İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov jurnalistlərə açıqlaması zamanı deyib.
““Azərkosmos” olaraq bu tədbirdə 10-a yaxın Anlaşma Memorandumu daxil olmaqla, ümumilikdə 20-yə yaxın əməkdaşlıq sənədi imzalamağı planlaşdırırıq. Sənədlər imzalandıqca bu barədə ictimaiyyətə məlumat veriləcək. Azərbaycan üçün əməkdaşlıqlar xüsusilə kosmosun sülh və elm məqsədləri ilə istifadəsini ehtiva edir. Azərbaycan bir sıra ölkələrlə kosmik sahədə əməkdaşlıqlar qurub. Sevindiricidir ki, artıq Çinlə də bu istiqamətdə əməkdaşlığımızı genişləndiririk”, - deyə D.Bədirxanov qeyd edib.
Fatimə Mərdanlı //EDnews