Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Anadolu Qartalı - 2026 beynəlxalq təlimində iştirak edirlər.
EDnews xəbər verir ki, təlim Konya şəhərində keçirilir.
Müxtəlif ölkələrin hərbi kontingentlərinin qatıldığı təlimin əsas məqsədi iştirakçı ölkələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, döyüş hazırlığının artırılması və müasir əməliyyat şəraitində birgə fəaliyyət bacarıqlarının inkişaf etdirilməsidir.







