Danimarka hökuməti Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasına yönəlmiş beynəlxalq missiyaya qoşulmağı təsdiqləyib.
EDnews xəbər verir ki, Kopenhagen Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi missiya çərçivəsində bölgəyə hərbi zabitlər, tərcüməçilər və pilotsuz uçuş aparatları göndərəcək.
Məlumata görə, qərar ABŞ və İran arasında əldə olunan son razılaşmadan sonra qəbul edilib və məqsəd Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyini gücləndirməkdir.
Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji tədarükü baxımından strateji əhəmiyyət daşıyır və dünya neft daşımalarının mühüm hissəsi məhz bu marşrut vasitəsilə həyata keçirilir.







