Ermənistanın “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan evində axtarış aparılıb.
EDnews xəbər verir ki, bu barədə partiyanın nümayəndəsi İveta Tonoyan “Facebook” hesabında məlumat yayıb.
“Qaqik Tsarukyanın evində axtarış aparılır”, - deyə Tonoyan bildirib.
O, axtarışın səbəbi və digər təfərrüatlar barədə əlavə məlumat verməyib.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib.







