“WhatsApp” yeni funksiyasını təqdim edib.
Ednews xəbər verir ki, “WhatsApp”ın ən son beta versiyasında təqdim edilən özəllik sayəsində istifadəçilər artıq söhbətlərdə süni intellektlə şəkillər yarada biləcəklər.
Fotoda göründüyü kimi söhbətdə “+” simvolunun yerləşdiyi bölməyə “Imagine” düyməsi əlavə edilib.
Bu funksiyaya toxunan istifadəçilər çatlarda süni intellektlə şəkillər yarada və bu şəkilləri bir-birlərinə göndərə biləcəklər.
Əlavə məlumat üçün qeyd edək ki, yeni funksiyanın "Meta"nın platformalarına gətirdiyi “Meta AI” adlı süni intellekt modelindən istifadə edəcəyi bildirilir.
Nigar Əliyeva