Beynəlxalq Kosmik Stansiyadan qayıdan NASA astronavtı açıqlanmayan xəstəliyi səbəbilə xəstəxanaya yerləşdirilib. Verilən məlumata görə astronavtın hal-hazırki vəziyyəti stabildir.
EDnews Xarici mətbuata istinadən xəbər verir ki, 4 nəfərdən ibarət olan Crew-8 missiyası cümə günü Florida sahilləri yaxınlığında eniş edib. Xatırladaq ki, NASA astronavtları Metyu Dominik,Maykl Barrat, Cennet Eps və RosKosmos astronavtı Aleksandr Qrebenskidən ibarət olan missiya təxminən 8 ay əvvəl Orbital laboratoriyadan SpaceX Dragon kosmik gəmisiylə Beynəlxalq Kosmik Stansiyaya yola düşmüşdü.