"Əvvəllər viruslar linkə keçid etməklə və yaxudda fayl yükləməklə baş verirdi . Yeni virus isə telefona avtomatik daxil ola bilər"
“EDnews” xəbər verir ki, bunu Rusiyadakı Kibertəhdidlərin Araşdırılma Mərkəzinin texniki direktoru Aleksey Vişnyakov deyib.
A.Vişnyakovun sözlərinə görə, bu viruslar ilk öncə linkə keçid etməklə və yaxudda fayl yükləmək ilə baş verirdi,yeni virus isə telefona avtomatik daxil ola bilər , bunun üçün potensial qurbanın telefon nömrəsini bilmək kifayətdir.
Adıçəkilən kibermütəxəssis onu da qeyd edib ki, zərərli proqram avtomatik yüklənən pdf faylları vasitəsi ilə ötürülür. Buna görə cihazı qorumaq üçün parametrlərdə sənədlərin avtoyükləməsi söndürmək lazımdır.
Fatimə Mərdanlı//EDnews