Bəzi ölkələrdə satışdan yığışdırılan “stress çarxları” Bakı mağazalarında

Cəmiyyət 16:30 20.07.2017

Son bir neçə ayın ən məşhur oyuncağı olan “stress çarxı” bəzi ölkələrdə qadağan olunsa da, Azərbaycanda getdikcə daha çox yayılmağa başlayır. Uşaqların diqqətinin dağılmasına səbəb olduğuna görə ABŞ-ın bir neçə ştatında, Böyük Britaniya və Ərəb Əmirliyində satışdan yığışdırılan oyuncaq Bakının, demək olar ki, bütün bazar və ticarət mərkəzlərini bəzəyir. Materialından və dizaynından asılı olaraq 5-7 manata satılan çarxlarla yanaşı, satışda daha bahalı, hətta qızıldan hazırlanan “stress çarxları” da mövcuddur.

Daha çox məktəblilərin diqqətini çəkən bu oyuncağın, əslində, stress yaratdığını düşünənlər də var. Psixoloqlar hesab edirlər ki, ümumiyyətlə, məktəb yaşlı uşaqlara bu oyuncağın alınması məsləhət deyil.

Güclü piar olunan çarxın paytaxtda ən çox satılan oyuncaq olduğunu satıcılar da təsdiqləyirlər.

“Sədərək” Ticarət Mərkəzində oyuncaq satışı ilə məşğul olan satıcılar deyirlər ki, çarxın alıcıları təkcə uşaqlar deyil. “Stress çarxı” indiyə qədər ən çox satılan oyuncaqdır. Həm də bunu təkcə uşaqlar almır, böyüklər də alır. Elə buradakı alverçilərin hamısının əlində var. Çox güclü reklam edirlər deyə, bunun üçün hətta ucqar rayonlardan gələnlər var”, - deyə satıcı Osman Şükürov bildirir.

Oyuncaqların Çindən gətirildiyini deyən satıcının sözlərinə görə, əksər uşaqların ağlayaraq valideynlərinə aldırdıqları çarxın rəngli kolleksiyasını toplayanlar da var. Amma satıcı oyuncağın hər hansı neqativ təsiri ilə qarşılaşmadığını deyir: “Adi fırlanan çarxdır da, nə ziyanı olacaq ki?! 3 aydan çoxdur satıram, hələ hansısa mənfi təsirinə görə gətirib qaytaran olmayıb. Biz heç kimi məcbur eləmirik, kim istəmir, almasın”, - deyə satıcı bildirir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, oyuncaqla bağlı onlara hər hansı şikayət daxil olmasa da, zəng edib “stress çarxı”nın ziyanlı olub-olmadığını soruşanlar var. “Bizə çox tez-tez istehlakçılar tərəfindən zənglər olur. Onlar bu “stress çarxı” ilə bağlı mənim fikirlərimi, zərərli olub-olmamasını soruşurlar. Təbii ki, mən insanlara bu cür oyuncaqlardan uzaq olmağı məsləhət görürəm. Çünki uşaqlarda fırlanan cismlərə maraq bəzi beyin xəstəliklərindən xəbər verir. Valideyn də uşağına bunu almaqla onu xəstəliyə cəlb etmiş olur. Əksinə, bu cihazlar daha çox stress gətirir, analitik düşüncəni zəiflədir. Uşaqlar təbiətlə təmasda olsalar, həyətdə oynasalar, onlar üçün daha faydalı ola bilər”, - deyə E. Hüseynov bildirir.

“Stress çarxı”nın zərərli olduğunu psixoloqlar da təsdiqləyirlər. Uşaq psixoloqu Narınc Rüstəmovanın sözlərinə görə, valideynlər uşaqlarını belə oyuncaqlardan uzaq tutmalıdırlar. “Valideynlər həmişə asan yollara qaçırlar. Məsələn, düşünürlər ki, “uşaq əsəb keçirib, çarx verim, başını qarışdırsın”. Əslində, müasir dövrdə hər bir uşaq stressə məruz qala bilər. Çünki məktəbə gedir, dərslərə cavab verməlidir, evdə bacısı və ya qardaşı ilə hansısa konflikti yaşayır. Biz bir vərdişi düzəltmək üçün belə çarxı uşağa almaqla, onu digər bir zərərli vərdişə adaptasiya etmiş oluruq. Kobud desək, bu içki içən birinin narkotikə öyrəşdirilməsi kimi bir şeydir”, - deyə psixoloq bildirir.

Psixoloq deyir ki, ona “stress çarxı” ilə stressini atan uşaqların valideynləri müraciət edirlər. “Bu yaxınlarda bir valideyn uşağı ilə bağlı müraciət etmişdi. Uşaq əsəbiləşən kimi həmin çarxı istəyir və valideyn tez çantasından çıxarıb oyuncağı uşağa verir. Və ya başqa bir uşaq var idi, onun 40-a yaxın belə “stress çarxı” kolleksiyası var idi. Hələ bu çarxın populyarlaşdığı cəmi bir neçə aydır. Əksinə, valideynlər uşaqları buna öyrətməməlidir. Uşaqda özgüvən hissi yaradılmalıdır. Çünki çarx problemin həlli yolu deyil və uşaqlarda asılılıq yaradır”, - deyə psixoloq bildirir. (virtualaz.org)

 
Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı