Sabunçu rayonu İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad olunmuş Məmmədova Arzu Fikrət qızı yüksək vəzifəyə təyin edilib.
Arzu Məmmədova gənclər və idman naziri Azad Rəhimovun köməkçisi təyin edilib.
Xatırladaq ki, filologiya üzrə fəlsəfə doktoru olan Arzu xanım Məmmədova uzun müddət təhsil sahəsində çalışıb. Son 5 il müddətində isə Sabunçu Rayon İcra Hakimiyyətinin hümanitar məsələlər üzrə müavini vəzifəsini daşıyırdı.(Strategiya.az)