Azərbaycan MTN-in agentura şəbəkəsi Vəkil sirrləri açır

Cəmiyyət 09:12 20.08.2019

Tanınmış vəkil, ADİSAD Hüquq firmasının rəhbəri Adil İsmayılov yaxın tarixlə bağlı bəzi məsələlərə münasibət bildirib. 

A.İsmayılov Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəldiyi 1992-ci ildə keçmiş sistemin əsas dayaqlarından biri olan Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) arxivlərinin açılmasına nə üçün cəhd göstərilmədiyindən bəhs edib.

Eurasia Diary "modern.az"a istinadla onun fikirlərini təqdim edir:

AXC HAKİMİYYƏTİ DTK-MTN ARXİVLƏRİNİ NİYƏ AÇMADI?

- Hələ o vaxt bu suala və ümumiyyətlə, həmin orqanın fəaliyyəti barəsində çoxlarınızı maraqlandıran başqa suallara ətraflı və mötəbər məlumat almaq məqsədi ilə dəfələrlə milli təhlükəsizlik naziri Fəxrəddin Təhməzovla söhbət etməyə cəhd göstərsəm də, o, başının qarışıq olduğunu bəhanə edərək, görüşməkdən imtina etdi. DTK-MTN-nin keçmiş rəhbəri İlhüseyn Hüseynov da suallara cavab verməyi rədd etdi. Onları mənim MTN-ə olan münasibətim qane etmirdi. O vaxt ümid edirdim ki, nazirliyə nə vaxtsa mövqeyimlə razılaşan bir rəhbər gələcək, yaxud da nazirlərin mövqeyində dəyişiklik olacaq. 

İndi isə başlıqda qoyulmuş suala cavab verməyə çalışacam. DTK-MTN-də hər hansı bir islahat aparılması və onun işinin yenidən qurulması üçün hər şeydən əvvəl bu təşkilatın indiyə kimi hansı işlə məşğul olması aydınlaşdırılmalı və onun fəaliyyətini tənzimləyən hüquqi baza yaradılmalı idi. Çünki nazirliyin hansı hüquqi sənədlər əsasında işləməsi məlum deyildi, daha doğrusu, MTN faktiki olaraq öz fəaliyyətində keçmiş SSRİ DTK-sının əmr və təlimatlarını rəhbər tuturdu. Kimsə deyə bilər ki, prezident Ayaz Mütəllibovun dövründə onun tərəfindən MTN barəsində müvəqqəti əsanamə təsdiq edilib və nazirlik onun əsasında fəaliyyət göstərib. Lakin, adından göründüyü kimi, həmin əsasnamə müvəqqəti olub.


DTK-NIN ARXİVİNİ KİMLƏR MÖHÜRLƏMİŞDİ...
 

Bilirsinizmi ki, o vaxtkı baş prokuror İxtiyar Şirinov və iki müasir deputat Tahir Kərimli və Çingiz Qənizadə 1992-ci ilin may hadisələrindən dərhal sonra Milli Şuranın qərarı ilə DTK-nın arxivləri və bəzi şöbələrini möhürlənmişdilər? Nazirliyin bəzi əməkdaşlarının deməsinə görə, bu əməliyyatı həyata keçirənlərin naşılığına qibtə etmək olardı, çünki əməliyyatı həyata keçirənlərin heç birinin nazirlik və onun işi barəsində ümumi də olsa, anlayışları yox idi. Elə buna görədir ki, İlhüseyn Hüseynovun tərəfdarları bir sıra mühüm sənədləri məhv etməyə imkan tapdılar. Hadisələrin sonrakı inkişafı, AXC rəhbərlərinin bu sahədəki qətiyyətsizliyi, yəni arxivlərin açılmaması nəinki Elçibəyin əleyhdarları, hətta öz yaxın məsləkdaşları arasında da xoşagəlməz söz-söhbətlərin yaranmasına səbəb olmuşdu.


AXC-DƏ DTK AGENTLƏRİ KİMLƏR İDİ...
 

Belə bir fikir var idi ki, hakimiyyətdə olan AXC liderləri arasında vaxtilə DTK ilə əməkdaşlıq etmiş şəxslər olduğundan, hətta respublika rəhbərliyində mühüm postlar tutan bəzi şəxslər barəsində MTN arxivlərində ifşaedici materiallar olduğundan onlar arxivləri açmağa tələsmir, özlərinə aid olan sənədləri məhv edirdilər. O vaxt bu söz-söhbətin qarşısını almaq üçün MTN-nin fəaliyyətini tədqiq edəcək komissiyanın yaradılmasını, onun tərkibinə müxtəlif siyasi qüvvələri təmsil edən nümayəndələrin salınmasını təklif etdim. Hesab edirdim ki, komissiya öz işinə məhz mövcud hakimiyyətdə olan şəxslərin barəsində olan materialların öyrənilməsindən başlamalıdır.
DTK-MTN-nin fəaliyyətinin təhqiq edilməsi ilə əlaqədar məsələyə xüsusi diqqət verilməlidi. Bu orqanın may ayında baş vermiş dövlət çevrilişindəki (Ayaz Mütəllibovun birgünlük qayıdışı) rolu heç kim üçün sirr deyildi. Nazir İ.Hüseynovun televiziya ilə çıxışını, DTK əməkdaşlarının Ali Sovetin binasında tərksilah edilməsini, çevrilişdən əvvəl nazirliyin rəhbərinin Moskvada olması,Primakovla və Rusiya xüsusi xidmət idarələrinin başqa rəhbərləri ilə danışıqlar aparmaları barədə məlumatlar vardı. Bütün bunlara baxmayaraq, həmin faktların heç biri yoxlanılmadı, bu orqanda işləyənlər barəsində xidməti yoxlama təşkil edilmədi, çevrilişin təşkilində bilavasitə əli olan əməkdaşlar müəyyən edilərək onların hərəkətlərinə qiymət verilmədi... 

AGENTURA ŞƏBƏKƏSİ MÜTLƏQ AÇILMALI İDİ
 

AXC hakimiyyətinin süqutu ilə nəticələnmiş çoxsaylı səhvlərdən biri agenturaya münasibət və agentura şəbəkəsinin açıqlanmaması idi. Agentura barəsində danışarkən qeyd etmək lazımdır ki, bu gün respublikamızın ərazisində yaşayan və keçmiş DTK ilə əlaqə saxlayan agentləri bir neçə qrupa bölmək olar.
 


Adil İsmayılov

AGENTLƏR BİR NEÇƏ QRUP İDİ
 

Bunlardan yalnız bir qrupu Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin agentura şəbəkəsinə daxildir və onlara olan münasibət başqa cür olmalıdır. Yerdə qalan agentlər isə faktiki olaraq, xarici dövlətlərin xüsusi xidmət idarələri ilə əlaqədə olduqları üçün onların aşkarlanması Milli Təhlükəsizlik Nazirliyinin bir nömrəli vəzifəsidir. Bildiyimiz kimi, hazırda respublikamızda faktiki müharibə vəziyyətlərində olan Ermənistandan Azərbaycana 200-300 min nəfərə yaxın qaçqın gəlib. Xüsusi xidmət idarələrinin yerli millətdən olmayanlarla işə çox böyük əhəmiyyət verilməsini nəzərə alsaq, qəti surətdə qaçqınların arasında Ermənistan DTK-sı ilə əməkdaşlıq edən şəxslərin olmasını deyə bilərik. Bəs görəsən, həmin agentlərin heç olmasa bircə nəfəri respublika MTN-nə gələrək Ermənistan DTK-sı ilə əməkdaşlıq etməsi barədə məlumat veribmi? 

İkinci qrupa hərbi xidmət dövründə ordunun xüsusi xidmət idarələri tərəfindən əməkdaşlığa cəlb edilmiş agentlər daxildir. Hər il respublikamızdan yüz minlərlə şəxsin ordu sıralarına çağırılmasını nəzərə alsaq, orduda nə qədər Azərbaycan vətəndaşının agent kimi cəlb olunmasını təsəvvür etmək olar. Bunun üzərinə respublikamızın ərazisində fəaliyyət göstərən rus ordusu baş hərbi kəşfiyyat idarəsinin və ordu xüsusi xidmət idarəsinin agentlərini də gəlin. Bir şeyi də nəzərə alın ki, həmin xüsusi xidmət idarələri agent kimi hərbçilərlə yanaşı, hərbi obyektlərin ətrafında və hərbçilərin yaşayış məskənlərində yaşayan mülki vətəndaşları da cəlb ediblər. Bunların üzərinə keçmiş SSRİ DTK-nin filialı olan Azərbaycan DTK-sında işləmiş, indi isə daimi yaşayış yerinə qayıdıb orada işləyən əməkdaşlar tərəfindən cəlb edilmiş agentləri də gəlsəniz, bizim necə bir təhlükə qarşısında olduğumuzu təsəvvür etmək çətin olmaz. Mən belə hesab edirəm ki, respublikamızın ərazisində yaşayan, vaxtilə ittifaqa daxil olan ölkələrin xüsusi xidmət idarələri ilə əməkdaşlıq etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə qanun qəbul edilməlidir. Qanunda həmin şəxslərin könüllü olaraq bu barədə müvafiq orqanlara məlumat verdikləri halda məsuliyyətdən azad olunmaları nəzərdə tutulmalıdır.
 

AZƏRBAYCAN MTN-İN AGENTURA ŞƏBƏKƏSİ
 

Azərbaycan MTN-nin agentura şəbəkəsinə daxil olan şəxslərin aşkarlanmasına gəldikdə isə bu haqda mənim mövqeyim belə idi ki, agentura şəbəkəsi mütləq aşkarlanmalıdır. Agentura şəbəkəsinin aşkarlanması dedikdə, bəziləri kimi heç də bütün agentlərin siyahısının qəzetlərdə çap edilməsini nəzərdə tutmurdum. Bu cür hərəkətin necə nəticələr verəcəyini əvvəlcədən görmək çətindir və arzuolunmaz nəticələri istisna etmək mümkün deyil. Mənim fikrimcə, agentura şəbəkəsi Milli Məclisin yaradacağı komissiya tərəfindən öyrənilməli idi. Komissiyanın fəaliyyəti ilə əlaqədar onun üzvlərinə məlum olan məlumatların yayılmasının qarşısını almaq üçün onlardan iltizam alınmalı idi. Deyə bilərsiniz ki, əksər agentlərin siyahısı çap edilməyəcəksə, bəs onda onları aşkarlamaq nə üçündür? Bunun bir neçə səbəbini deyə bilərəm. Əvvəla, agentura şəbəkəsi müstəqil komissiya tərəfindən öyrənildikdən sonra dövlətimizə və hakimiyyətimizə rəhbərlik edən şəxslərin, dövlətimizi xarici dövlətlərdə təmsil edən nümayəndələrini, deputatların, ədalət mühakiməsini həyata keçirən hakim və prokurorların, kütləvi informasıya vasitələrinin nümayəndələri, siyasi hərəkat və partiyaların liderləri, din xadimlərinin arasında indi də olan DTK agentləri aşkar ediləcək. Bu isə hər hansı bir qrupun həmin materiallardan öz məqsədləri üçün istifadə etmək ehtimalını azaldacaqdı. 


NƏ QƏDƏR KI, DTK-MTN SIZIN ƏLINIZDƏDIR...

O vaxt Ermənistanda baş vermiş hadisələr göstərdi ki, iqtidar ona hazım olan vaxt bu materiallardan öz oppenentlərinin əleyhinə istifadə edə bilər. Belə ki, Ermənistan rəhbərliyi “Daşnaksütyun” partiyasının liderlərini DTK ilə əməkdaşlıqda təqsirləndirdi. Belə bir vəziyyətin respublikamızda da yaranacağı, yəni hakimiyyətdə olanların öz əleyhdarları barəsində bu cür məlumatları yaymasını istisna etmək olmaz. Agentura şəbəkəsinin indidən öyrənilməsi isə hər şeydən əvvəl qəsdən yalan məlumatlar yayılmasının qarşısını alardı. Həmçinin, barəsində məlumat yayılan şəxsin komissiya vasitəsi ilə bu məlumatların doğruluğunu yoxlamaq imkanı olardı. Agentura şəbəkəsi aşkarlandıqdan sonra rəhbər postlara təyin edilən şəxslərin DTK ilə əməkdaşlıq edib-etməməsi sualına komissiya cavab verərdi. Nəhayət, agentura şəbəkəsinin mən təklif etdiyim qaydada aşkarlanması DTK ilə əməkdaşlıq etmiş şəxslərin respublikamızın mənafeyi əleyhinə xarici dövlətlərin xüsusi xidmət idarələri və ayrı-ayrı şəxslər tərəfindən şantaj edilməsi ehtimalı azaldardı.

Yeri gəlmişkən, komissiyanın ayrı-ayrı vətəndaşların müraciəti ilə onlara DTK ilə əməkdaşlıq edib-etməmələri barəsində arayış verə bilməsi nəzərdə tutulmalı idi.

Bu yazı 1992-ci ilin iyulunda “Müxalifət” qəzetində dərc edilib, əvvəlki statuslara yazılan şərhlərdən başa düşdüm ki, mənim həmin qəzetdəki yazılarımı unutmayan oxucular var imiş. Məqalənin şəklini şərhə qoyacam. Niyə indi paylaşdığımın səbəbini izah etməyə ehtiyac görmürəm. Yazı belə qurtarırdı:

BƏYLƏR, YADDAN ÇIXARMAYIN KI, DTK-MTN NƏ QƏDƏR KI, SIZIN ƏLINIZDƏDIR, ONDAN YOXDUR. LAKIN, ALLAH O GÜNDƏN SAXLASIN KI, SIZLƏR ONUN ƏLINDƏ OLASINIZ. HƏR HALDA, BUNUN NECƏ XOŞAGƏLMƏZ OLDUĞUNU SIZLƏRƏ DEMƏK ARTIQDIR.

Təəssüf ki, qulaq asmadılar və bəziləri DTK həbsxanasına düşdülər. O vaxt DTK- MTN barədə yazdıqlarımı nə vaxtsa kitab şəklində çap etdirməyi düşünürəm.

Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO

Xəbər xətti

Almaniya və Fransanın Kiyev rəqabəti
Almaniya və Fransanın Kiyev rəqabəti
13:45 19.03.2024
Bakının mərkəzində məşhur kafenin fəaliyyəti dayandırıldı
13:39 19.03.2024
AYNA taksi sürücülərinə xəbərdarlıq edib
13:32 19.03.2024
Allahşükür Paşazadədən  Novruz bayramı münasibətilə TƏBRİK
Allahşükür Paşazadədən Novruz bayramı münasibətilə TƏBRİK
13:20 19.03.2024
Bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıb
13:18 19.03.2024
Yazın ilk gününün hava proqnozu açıqlanıb
Yazın ilk gününün hava proqnozu açıqlanıb
13:08 19.03.2024
Aİ Rusiya taxılına qadağa qoyacaq
Aİ Rusiya taxılına qadağa qoyacaq
13:00 19.03.2024
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
12:55 19.03.2024
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
12:45 19.03.2024
"Cənub Şərqi Avropa ölkələrinin Azərbaycanın qazına ehtiyacı var" – Natiq Cəfərli
12:30 19.03.2024
BDYPİ bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib
12:26 19.03.2024
Qaradağda 10 min manatlıq oğurluq olub
12:20 19.03.2024
Yeni Zelandiyada maraqlı kəşf
Yeni Zelandiyada maraqlı kəşf
12:15 19.03.2024
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
12:05 19.03.2024
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
12:00 19.03.2024
Mingəçevir sakini sahibkarlara qarşı 200 min manatlıq dələduzluğa görə tutulub
11:55 19.03.2024
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
11:50 19.03.2024
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
11:45 19.03.2024
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
11:39 19.03.2024
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
11:30 19.03.2024
Azərbaycanda partiyanın məsul şəxsi saxlanılıb
11:25 19.03.2024
Fevralda 3,8 mindən çox şəxsə pensiya təyinatı aparılıb
11:15 19.03.2024
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
11:10 19.03.2024
Nazirlik internet xidmət provayderlərinə təlimat göndərib
11:05 19.03.2024
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
11:00 19.03.2024
Mikayıl Cabbarovdan İlaxır çərşənbə ilə bağlı maraqlı paylaşım
10:58 19.03.2024
Bakıda yağışlı hava qəzaya səbəb oldu - VİDEO
10:50 19.03.2024
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
10:45 19.03.2024
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
10:38 19.03.2024
Xankəndidə xeyli silah-sursat tapılıb
10:35 19.03.2024
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
10:30 19.03.2024
FHN əhaliyə müraciət edib
10:22 19.03.2024
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
10:15 19.03.2024
Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
10:06 19.03.2024
Azərbaycanda sosial problemlər həllini niyə tapmır? - Natiq Cəfərli və Tural Abbaslı ilə MÜZAKİRƏ
10:00 19.03.2024
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
09:51 19.03.2024
Bakıda qadın dəm qazından boğularaq ölüb
09:40 19.03.2024
Bayram günlərində təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
09:33 19.03.2024
Sabunçu rayonunda marketin anbarında yanğın olub
09:31 19.03.2024
Pakistanda zəlzələ baş verib
Pakistanda zəlzələ baş verib
09:27 19.03.2024
Hamısı