Polis Akademiyasına qızlar niyə qəbul oluna bilmir? Diskriminasiya, yoxsa...

Cəmiyyət 15:50 22.04.2022
Son iki ildə Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına qızların qəbulunun dayandırılması cəmiyyət arasında birmənalı qarşılanmayıb. Belə ki, mövzu sosial şəbəkələrdə və mediada böyük müzakirələrə səbəb olub. Hətta yayılan qeyri-rəsmi xəbərlərə görə, Mədəniyyət Nazirliyində də qadınların geyimi və dodaq boyasına görə xüsusi nizam komissiyası da fəaliyyətə başlayıb. 
 
Demək olar ki, mövzu haqqında bir çox ictimai nümayəndələr də müxtəlif fikir bildirib. Kiminin fikrincə, polislərin iş rejimi ağır olduğundan, qadınlar bu işə cəlb olunmur.
Digərləri isə düşünür ki, bu birbaşa cinsi diskriminasiyadır. Qeyd edək ki, Azərbaycan Konstitusiyasına görə qadın və kişi hüquqları bərabərdir.  
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Ednews-a faktı təsdiqləyib. 
 
 
"İki ildir ki, effektiv olmadığı üçün qadınların akademiyaya qəbulu dayandırılıb. Onun bərpası isə hələki gözlənilmir". 
 
DİN rəsmisi həmçinin qeyd edib ki, Polis Akademiyası xüsusi təyinatlı təhsil müəsissəsi olduğu üçün onun fəaliyyəti Təhsil və Daxili İşlər Nazirliyinin təlimatları və göstərişləri əsasında fəaliyyət göstərir. 
 
Məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə Ednews-a açıqlamasında vəziyyətlə bağlı narahatlığını ifadə edib. 
 
 
“Bu məlumatı oxuyanda çox məyus oldum. Yəqin ki, məsələ ilə bağlı çevik ekspert qrupu adından müraciət hazırlanacaq”. 
 
M. Zeynalova qeyd edib ki, bu nə konstitusiyaya, nə də gender haqqında qəbul edilən qanuna uyğun deyil. 
 
“Bir nəfər belə qəbul olsa, qadınların qəbulu məsələsi dayandırılmamalıdır”.
 
Hərbi ekspert Ədalət Verdiyev isə Ednews-a açıqlaması zamanı bildirib ki, Polis Akademiyasında əksəriyyəti oğlanlardan ibarət olan kollektivdə qızların sayı barmaqla sayılacaq qədər olsa belə ayrıca yataqxanaları vardı. 
 
 
“Onlar üçün gündəlik növbətçiliyin təşkil edilməsi də, qadınların ailə qurması və digər səbəblərdən məktəbi sona çatdırması da çətinlik yaradırdı. Polis Akademiyası ilə universitetlərin hüquqşünaslıq ixtisasına keçid balı təxminən eyni olduğu üçün, qızlar hüquq ixtisası üzrə təhsilini başa vurduqdan sonra DİN-ə müraciət edə bilərlər. Polis orqanlarında çalışan qadınlar isə müvafiq sənədləri toplayıb, Polis Akademiyasının qiyabi bölməsində təhsil üçün müraciət edə bilərlər”.
 
Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə isə  burada nə Nazirlikdə, nə də Polis Akademiyasında heç bir günah yoxdur. Onun sözlərinə görə, problemin əsas səbəbi yeni nəslin tərbiyə sistemində və cəmiyyətdə gedən proseslərdədir.
 
 
“Bir vaxtlar Avropa və ABŞ-a baxaraq, Akademiyaya qəbul təşkil edib, cəmiyyətimizi daha müasir göstərmək istəyiblər. Amma sonunda bunun mümkün olmadığını görüblər.  Bu gün bizim yeni nəslin tərbiyəsində xeyli problem var. Biz oğlan və qızlarımızı körpə yaşından düzgün tərbiyə etmirik. Bəzi oğlanların davranış mədəniyyəti arzuolunan səviyyədə deyil. 3-4 yaşlı oğlan uşaqlarına “filankəsin qızını sənə alacam, get onu qucaqla, saçından dart” və s. deməklə tərbiyələrini düz yönəltmirik. Onlar da 14-15 yaşına çatanda elə bilirlər ki, qızları aldatmaq bir qəhrəmanlıqdır. Qızlarımızı da elə tərbiyə edirik ki, onlar 10 yaşına çatandan sonra oğlanlardan hürkürlər, onlara bir təhlükə mənbəyi kimi baxırlar”. 
 
Ekspertin sözlərinə görə, düzgün tərbiyə metodu seçilsə, oğlanlar qızlara ancaq mehriban münasibət göstərərdi. 
 
“Ümumiyyətlə fiziki cəhətdən güclü olanlar zəiflərə kömək etməlidir. Qızlarımız da özünü oğlanlarla necə aparmağı bilmir, dünya görüşü, təcrübəsi, mənəvi sistemi buna izin vermir”.
 
Gülnar Səlimova
Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı