Azərbaycan vətəndaşlığı almaq istəyən ermənilərin Ermənistanda təqib olunması ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT

Cəmiyyət 17:49 15.08.2022
Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edən və Ermənistan Baş prokururluğu tərəfindən təqibə məruz qalan şəxslərlə bağlı Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər beynəxalq hüquq müdafiə təşkilatlarına müraciət edib.
 
Ednews xəbər verir ki, müraciətdə deyilir:
 
Biz Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər böyük narahatçılıq hissi ilə bildiririk ki, Azərbaycan vətəndaşlığı almaq üçün Prezident İlham Əliyevə müraciət etdiklərinə görə İşxan Verdiyan və Vahe Qəmbəryana qarşı Ermənistan Respublikasının Baş Prokururluğu tərəfindən cinayət işi açılıb. Əfsuslar olsun ki, bu kimi addımlarla Ermənistan rəhbərliyi Azərbaycan vətəndaşı kimi qanuni əsaslarla Xankəndində, eləcə də qonşu şəhər və kəndlərdə yaşamaq istəyən Ermənistan vətəndaşlarını qorxutmaq niyyəti güdürlər.
 
Eyni zamanda rəsmi Yerevan Qarabağda yaşayan əhali arasında Azərbaycanla və azərbaycanlılarla sülh şəraitində yaşamağın zəruriliyini bəyan edən vətəndaşları “təxribatçı fəaliyyətlər” zəmnində günahlandırırlar.
 
Bu faktlarla Azərbaycanın sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyi sözügedən şəxslərə qarşı öz qanunsuz hərəkətləri ilə BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında paktda və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının və digər əlaqədar beynəlxalq hüquq və normalarını kobud şəkildə pozur.
 
Belə ki, beynəlxalq insan hüquqları normalarına əsasən, hər bir kəsin azadlıq və toxunulmazlıq hüququ, hər hansı bir milli, irqi, dini, etnik və sosial mənşəyinə görə diskriminasiyaya məruz qalmamaq hüququ, hansısa dövlətin ərazisində olan hər bir kəs bu ərazinin hüdudları daxilində sərbəst hərəkət etmək və yaşayış yerini sərbəst seçmək hüququna malikdir.
 
Heç kim öz ölkəsinə gəlmək hüququndan özbaşınalıqla məhrum edilə bilməz və buna görə təqib edilə bilməz. Eyni zamanda bu konvensiyalara əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir.
 
Bu hüquqa öz fikrində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan vədövlət sərhədlərindən asılı olmayaraq, məlumat yaymaq azadlığı daxildir.
 
Yuxarıda göstərilən faktları nəzərə alaraq Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər adından Sizə müraciət edir, Azərbaycanın regionda sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyinə qarşı müvafiq tədbirlər görməyi tələb edirik.
 
İmzaladılar:
 
1. Novella Cəfərova - "D.Əliyeva adina Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti" ictimai birliyinin sədri 
 
2. Səadət Bənənyarlı - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyinin sədri 
 
3. Səidə Qocamanlı - "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" ictimai birliyinin sədri 
 
4. Əliməmməd Nuriyev - "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti 
 
5. Sahib Məmmədov - Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının sədri 
 
6. İlqar Hüseynli - “Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar" ictimai birliyinin sədri 
 
7. Azər Allahverənov - “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri 
 
8. Zaur İbrahimov - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi ictimai birliyinin sədri 
 
9. Günel Səfərova - Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri 
 
10. Vüsalə Hüseynli - "İslahatçı qadınlar və innovasiyalar" ictimai birliyinin sədri 
 
11. Əhməd Abbasbəyli - "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" ictimai birliyinin sədri 
 
12. Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti 
 
13. Nüşabə Məmmədova - "Beynəlxalq Dialoq və İnkişaf Alyansı" ictimai birliyinin sədri 
 
14. Səməd Vəkilov - "Müvəkkil Hüquq Mərkəzi" ictimai birliyinin sədri 
 
15. Şahin Camalov - “İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunun prezidenti 
 
16. "Demokratiyanı Öyrənmə" ictimai birliyinin sədri Mirəli Hüseynov 
 
17. Rəsul Cəfərov - "Bakı insan hüquqları klubu" ictimai birliyinin sədri 
 
18. Hafiz Həsənov - "Hüquq və İnkişaf" ictimai birliyinin sədri 
 
19. Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti 
 
20. Rəfail Becanov - "İnsan Hüquqları və Maarifçilik" ictimai birliyinin sədri 
 
21. Ramil İsgəndərli - Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri
 
22. Rey Kərimoğlu - Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri 
 
23. Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzi ictimai birliyinin sədri 
 
24. Cəsarət Hüseynzadə - "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri 
 
25. Elçin Salmanov - “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyinin sədri 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Eritrositlərin yaradılmasının yeni üsulu kəşf olundu
00:16 11.07.2025
" İsrail Qəzzada diplomatiyaya razıdır, güc tətbiqinə isə hazırdır"
23:53 10.07.2025
Pentaqon PUA-lar istehsalı sahəsində Rusiya və Çinə çatmaq istəyir
23:15 10.07.2025
Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
Hamısı