Bakıda "Bravo" Supermarket Şəbəkəsində atışma olub.
Ednews APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonundakı "Bravo" Əhmədli Hipermarketində qeydə alınıb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.
DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
***
12:52
Bakıda "Bravo"da atışma olub.
Ednews xəbər verir ki, hadisə Xətai rayonu "Nargilə kafesi" adlanan əraziyə yaxın olan "Bravo"da qeydə alınıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.