“Zərifə” vəfat edən “Rəşid” barədə: “Filmin 50 illik yubileyinə dəvət etdik, gəlmədi”

Cəmiyyət 10:10 25.01.2024

“Azər Qurbanovun ölüm xəbəri mənə çox pis təsir etdi. Dünəndən hamı mənə mesaj yazıb, başsağlığı verir. Yusif Şeyxova da yazdım ki, biz dostumuzu itirdik. Filmdən sonra biz çox yaxın idik, tez-tez görüşürdük. Onlar bizə gəlirdilər, biz onlara gedirdik”.

Ednews  xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında “Sehirli xalat” filmində “Zərifə” rolunun ifaçısı Solmaz Hətəmova ötən gün dünyasını dəyişən həmkarı, “Rəşid” rolunun ifaçısı Azər Qurbanovdan danışarkən deyib. 

“Filmin 50 illik yubileyində onu dəvət etdik, amma gəlmədi. Fikirləşirəm ki, bəlkə o vaxtı da xəstə idi. Bizə şəkil göndərdi, onda da sağlam adama oxşamırdı. Səhv etmirəmsə, anası sağ idi. Yaşı 90-nı keçib. Azərin 69 yaşı var idi. Bakıda yaşayırdılar. Moskvaya gedib təhsil aldı, sonra orada qalıb çəkildi. Məni də dəvət etmişdilər, “Odessa” kinostudiyasının lentə aldığı filmdə “Ərəb şəhzadəsi”ni oynayırdı. Çox təəssüf ki, son dəfə görüşə bilmədik. Təxminən 40 il idi ki, bir-birimizi görmürdük. Kaş bir dəfə görüşərdik, qismət olmadı. Bir müddət Almaz Mustafayeva ilə birlikdə Gənc Tamaşaçılar Teatrında çalışıb. Son dəfə onu görsəydim, soruşardım ki, nə edir, necədir, nə işlə məşğuldur? Sonuncu dəfə “O üz” verilişində biz bir araya gəldik. Yusif Şeyxov, Nazim Mustafayevlə görüşdük. Azər Qurbanov da onlayn müsahibə vermişdi. Müsahibəsində də bildirmişdi ki, məni də, Yusifi də çox istəyir”, - deyə sənətçi bildirib.

Filmdə “Eldar” rolunu oynayan Əməkdar mədəniyyət işçisi, ssenarist Yusif Şeyxov da xatirələrini bölüşüb.

“Azər uzun illər idi ABŞ-də yaşayırdı. Orada özünün biznesi var idi. Sosial şəbəkədə əlaqə saxlayırdıq. Çünki bizim ölkələrimiz arasında saat fərqi var idi. Filmin uğurundan danışırdıq, sevinirdi, fərəhlənirdi. Oğlu iki gün öncə mənə zəng edib. Mən eşitməmişdim. Səhər durub zəng etdim, özü cavab vermədi. Oğlu dedi ki, atam rəhmətə gedib. ABŞ-də dəfn olunub. Ağır xərçəng xəstəsi olub. 5 il idi xəstə idi. Amma heç kəsə bildirməyib. Azər həyat yoldaşı və oğluyla yaşayırdı. Oğlu deyir ki, mədəsindən şikayət edib, bilməyib xərçəng olduğunu. Çox ağır şəraitdə xəstəxanaya yerləşdirilib. Xərçəng artıq bir neçə orqanına yayılıb. Azərə əli çatmayanlar mənim vasitəmlə onunla əlaqə saxlayırdılar. Çox vaxtı da cavab vermirdi. “O üz” verilişində bizi onlayn salamlamışdı. “Facebook”da sonuncu statusunda onu tanıyanların hamısına təşəkkür edib. Sanki Azər bu mesajla bizlərlə vidalaşırdı. Çox qəmgin yazı idi. Biz dostumuzu, ən əsası uşaqlıq dostumuzu itirdik. Allah ona rəhmət etsin”.

1706158525_save_20240125_085243.jpg

1706158613_img-20240125-wa0018.jpg

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı