ADA universitetində BMT İqlim Dəyişikliyinin İcraçı Katibinin iştirakı ilə qarşıdan gələn COP29 tədbiri ilə əlaqədar tədbir keçirilir.
Ednews xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə İcraçı Katibi Saymon Ştiel çıxış edib.
Katib Bakıda keçiriləcək, qarşıdan gələn COP29 tədbirinə uyğun tələb olunan əsas məsələlər haqqında ətraflı məlumat verib.
O, COP28-də əldə olunan əsas nailiyyətləri vurğulayaraq, güclü iqlim siyasəti və təşəbbüslərinin həyata keçirilməsində davamlı sürətə ehtiyacı olduğunu vurğulayıb.
Həmçinin o, burada COP29 tədbirinin önəmini burada vurğulayıb.