“Fəxrlə söyləyirik ki, bu gün 63 mindən çox seçicini müşahidə etdik”.
Ednews xəbər verir ki, bunu ABŞ-ın Oracle Advisory Group təşkilatının nümayəndəsi Vlada Galan Prezident seçkilərinin ilkin nəticələrinə dair keçirilən brifinqdə bildirib:
“Azərbaycana yenidən qayıdıb bu işi görmək bizə nəsib oldu. Əvvəl də bizim seçkilərdə iştirak etmək imkanımız oldu, bu artıq beşinci seçkidir. Bu seçki tarixi əhəmiyyət daşıyır. İlk dəfədir ki, biz Qarabağ və Şərqi Zəngəzurda da seçkilərə şahidlik etdik”.