Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü konfransı KEÇİRİLDİ

Cəmiyyət 10:15 26.03.2024

İsveçrənin Cenevrə şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü konfransı keçirilib. 

Ednews  AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə baş tutan tədbirdə üzv parlamentlər və beynəlxalq təşkilatları təmsil edən 53 nümayəndə heyəti iştirak edib. 

O, konfransın şəbəkənin və üzv ölkələr arasında əməkdaşlığın daha da inkişafına böyük töhfə verəcəyinə inamını ifadə edib. 

2021-ci ilin noyabrında Madrid şəhərində baş tutmuş təsis iclasından bəri Parlament Şəbəkəsinin konfranslarının iştirakçılarının sayının davamlı olaraq artdığını söyləyən Sahibə Qafarova deyib ki, Şəbəkə böyüməyə və sıralarına yeni üzvləri qəbul etməyə davam edir. Onun sözlərinə görə, bu gün Parlament Şəbəkəsi, Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin yarıdan çoxunu təmsil edir. Bu, təkcə Qoşulmama Hərəkatının dəyər və prinsiplərinin təşviqinə sadiqliyi deyil, həm də parlamentlərimiz arasında həmrəyliyi və əməkdaşlığı gücləndirmək niyyətində olduğumuzu göstərir. 

Bu ilin yanvar ayında Uqanda Respublikasının Kampala şəhərində baş tutmuş Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının XIX Zirvə Görüşündə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi Uqanda Respublikasına təhvil verdiyini xatırladan Milli Məclisin sədri deyib ki, ölkəmizin sədrliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hərəkata üzv olan ölkələr arasında həmrəyliyin, birliyin və çoxşaxəli əməkdaşlığın möhkəmləndirilməsinə göstərdiyi sadiqliyi ilə yadda qalacaq. Prezident İlham Əliyevin irəli sürdüyü bir sıra təşəbbüslər, məsələn, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılması, həmçinin Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması istiqamətində atılan ilk addımlar Hərəkatın institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib. 

S.Qafarova çıxışında bildirib ki, Parlament Şəbəkəsi yarandığı gündən öz fəaliyyətini icra hakimiyyəti orqanlarının qərarları ilə əlaqələndirir, onları öz fəaliyyətində və yekun sənədlərində əks etdirir.

Üzv dövlətlərin hökumətləri ilə belə sıx əməkdaşlıq Şəbəkəyə Qoşulmama Hərəkatının idealları və dəyərlərinin təşviqinə parlament töhfəsini verməyə imkan verib. O xatırladıb ki, Parlament Şəbəkəsinin 2023-cü ilin mart ayında Bəhreynin paytaxtı Manama şəhərində keçirilmiş ikinci konfransı zamanı Şəbəkənin Əsasnaməsinə edilən bir sıra əlavə və düzəlişlər, Parlament Şəbəkəsinin fəaliyyəti üzrə iş qaydalarının işlənib hazırlanması və təkmilləşdirilməsinə yönəldilib. Şəbəkənin gələcək institusional inkişafı istiqamətində iş davam etdiriləcək. Spikerin sözlərinə görə, Parlament Şəbəkəsinin Büro və Daimi Komitələrinin formalaşdırılması onun institusional potensialını və səmərəli fəaliyyətini daha da gücləndirəcək. 

Çıxışında digər parlamentlərarası təşkilatlarla institusional dialoqun inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verən Sahibə Qafarova qeyd edib ki, Manama şəhərində dörd beynəlxalq təşkilata Şəbəkə yanında müşahidəçi statusu verilib. Həmçinin Manama konfransından sonra Parlament Şəbəkəsi TürkPA və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi yanında müşahidəçi statusu əldə edib. Bundan başqa, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı ilə Anlaşma Memorandumu imzalanıb. İki gün öncə isə ən qədim və ən böyük parlamentlərarası təşkilat olan Parlamentlərarası İttifaqla Anlaşma Memorandumu imzalanıb. 

Bugünkü konfransın “İqlim dəyişikliyi ilə mübarizədə parlament fəaliyyətinin canlandırılması” mövzusuna həsr olunduğunu xatırladan MM sədri Sahibə Qafarova deyib ki, hazırda iqlim dəyişikliyi diqqət yetirilməsi ən önəmli və təcili çağırışlardan biridir.

Eyni zamanda, bu, qlobal cavab tədbirləri və birgə səylər tələb edən bir çağırışdır. Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edən ölkə seçilib. Qeyd olunan tədbir bu ilin noyabrında Bakı şəhərində keçiriləcək. Biz bununla qürur duyuruq. Bu, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının bariz nümunəsidir. Ölkəmizdə 2024-cü il “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” kimi qeyd olunur. Bu gün Azərbaycanın çox ciddi yaşıl enerjiyə keçid gündəliyi mövcuddur və ölkəmizdə bərpa olunan enerjinin həm istehsalına, həm də ixracına böyük investisiyalar qoyulur. 

Spiker həmçinin vurğulayıb ki, Azərbaycanın COP29-un sədri qismindəki rolu beynəlxalq tərəfdaşlarımızı planetimizin rifahı naminə iqlim fəaliyyətlərini inkişaf etdirməyə cəlb etmək üçün mühüm imkan yaradır. Bu mənada inklüziv dialoq, konstruktiv əməkdaşlıq və birgə fəaliyyət bu istiqamətdə irəliləyiş əldə etmək üçün əsas faktordur. Şübhəsiz ki, məqsədlərimizə çatmaq üçün bu prosesdə beynəlxalq birliyin bütün üzvlərinin iştirakı vacibdir. Parlamentlərarası İttifaq Baş katibi Martin Çunqonqun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası İttifaq ilə birlikdə COP-29 çərçivəsində Parlament İclası təşkil etməyi planlaşdırır. Bu tədbir parlamentarilərə geniş fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə hansı aaddımları ata biləcəklərini müəyyən etmək imkanı verəcəkdir. Beləliklə, görüş çoxtərəfli iqlim fəaliyyətinə parlament töhfəsi verəcək. 

Sədr Sahibə Qafarova çıxışının sonunda bir daha vurğulayıb ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bundan sonra da parlamentlərarası əməkdaşlığın və parlamentlərimiz və ölkələrimiz arasında dialoqun təşviqinə güclü sadiqliyini nümayiş etdirməyə davam edəcək. 

Sonra konfrans işini digər çıxışlarla davam etdirib. 

Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Parlament Şəbəkəsinin gənc təşkilat olmasına baxmayaraq, uğurlu fəaliyyəti, istitusional inkişafı istiqamətində görülən işlər yüksək qiymətləndirilib. 

Konfransda daha sonra təşkilatı məsələlərə baxılıb. 

Tədbir konfransın yekunlarına dair Cenevrə Bəyənnaməsinin qəbul olunması ilə başa çatıb. 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı