Narkokuryerlik edən Sabirabad rayon sakini, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə dəfələrlə məhkum olunmuş Saleh Əliyev rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Ednews-a verilən məlumata görə, onun üzərinə baxış zamanı 12 kiloqramdan artıq heroin, tiryək, metamfetamin və marixuana aşkar edilib.
Araşdırmalar zamanı S.Əliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan "Baba" adlı iranlı narkotacir tərəfindən kuryerliyə cəlb olunduğu müəyyən edilib.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.