Azərbaycanın internet-servis provayderi "Sazz” ilə bağlı redaksiyamıza bir çox abunəçi şikayət məktubları göndəriblər. Abunəçilərin etirazı ondan ibarətdir ki, son günlər şəbəkədə internetin sürəti zəyifdir və gün ərzində dalğa itir. Belə olan halda internetə qoşulmaq üçün probelmlər yaşayırlar.
Ednews məsələ ilə bağlı “Sazz”ın qaynar xətti ilə əlaqə yaradıb. Verilən məlumata görə, hazırda prosesin ümumi çətinliyi yaşanır:
“GPS-lə bağlı olan problemdir. Abunəçilərin şikayətlərindən xəbərdarıq. İnternetin bərpası üçün çalışırıq. Məsələnin həlli üçün bir məlumatımız yoxdur. Vaxtla bağlı rəhbərlik bizə heç nə demir. Əməkdaşlar problemin üzərində işlər aparırlar. Peykdən daxil olan siqnalla bağlı nasazlıqdır. Bir gün üzərində həll edilən məsələ deyil”.
Məsələ həllini tapana kimi mövzunu gündəmdə saxlayacağıq...
Oğuz