2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 191 milyon 47 min manat, icbari sığorta növləri üzrə 48 milyon 671 min manat sığorta haqqı toplanılıb.
Ednews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 11.4% və ya 19 milyon 620 min manat artıb, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 2% və ya 969 min manat azalıb.