Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər Regional Peşə Təlim Mərkəzində Azərbaycanın ilk qadın mina axtaranlar komandasının növbəti təlimi keçirilib.
Ednews-un verdiyi məlumata görə, Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən və BMTİP-ANAMA birgə təşəbbüsü olan potensialın gücləndirilməsi fəaliyyətləri çərçivəsində Tərtərdə liderlik və komanda quruculuğu təlimi təşkil edilib.
Təlimdə BAMF-ın qadın mina axtaranlar komandasının heyət üzvləri və fondun digər layihələrində çalışan üzvləri iştirak ediblər.
Təlim “NextGen” Bərpa Həlləri və İnsan Mobilliyi layihəsi tərəfindən “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması" layihəsi ilə birlikdə Mina Məsləhət Qrupu (MAG) və Beynəlxalq Avrasiya Mətbuat Fondu (IEPF) ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilib.
Təlim liderlik metodologiyaları və komanda quruculuğu oyunları sayəsində qadın və kişi minatəmizləyənlərin müxtəlif liderlik vasitələrini öyrənməsi, iştirakçıların özləri və iş şəraitlərinə ən çox uyğun gələn liderlik üslublarından istifadə qaydalarını anlaması və komanda üzvləri ilə effektiv ünsiyyət qurmaq üçün onlara dəstək olmaq məqsədi daşıyır.
Oğuz