Azərbaycan Dövlət Neft Akademiyasında (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) törədilən terror aktından 15 il ötür.
Ednews xəbər verir ki, 2009-cu il aprelin 30-da səhər saatlarında ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açmaqla 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Sonra isə özünü də güllələyib.