Qəbir əzabı yoxdur? - İlahiyyatçı AÇIQLADI

Cəmiyyət 12:00 07.05.2024

İlahiyyatçı Elşad Miri qəbir əzabının olmadığını iddia edib. Onun bu açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə tənqid atəşinə məruz qalan Elşad Mirinin sözləri əksər istifadəçiləri qəzəbləndirib.

İlahiyyatçının bu açıqlamasından sonra sual yaranır: doğrudan da qəbir əzabı varmı?

Mövzu ilə bağlı Ednews-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirdi ki, qəbir əzabı məcazi mənadadır. İndi qəbir əzabını onlar edənlər Peyğəmbərin zamanında Allahı da inkar edirlər ki, onu bizə göstər. Yaxud öləndən sonra dirilməni inkar edirdilər ki, sümüklər necə ayağa qalxa bilər. Quranda qəbir əzabına işarə edən bir neçə ayə var. Çoxsaylı hədislər var. Qəbir əzabı hərfi mənada başa düşülən məzarın içində insana əzab verilməsi demək deyil:

"İnsan öldükdən sonra qiyamətə qədər olan zaman məsafəsində, gözləmə məntəqəsində əməllərinin nəticəsi olaraq ya əzab, ya da rahatlıq içində qalmasına qəbr əzabı, yaxud qəbir rahatlığı deyirlər. Peyğəmbərin bir hədisində deyilir ki, qəbir möminə cənnət bağçalarından bir guşə, kafirə isə cəhənnəmdən bir çuxurdur. Buradan görünür ki, insan öldükdən sonra qiyamət qopana qədər onun ruhu sərgərdan dolaşmır. Allahın müəyyən etdiyi, insan təfəkkürünün dərk etməkdə aciz olduğu bir aləmdə ya ilahi feyz, ya da ilahi əzab içində gözləyir. Bunu ölmüş adamların yuxuları da hiss etdirir çox zaman. Qəbir bərzəx mənasında işlənir. Bərzəx isə keçid, sərhəd deməkdir. İnsanın dünyadan axirətə keçid məntəsində qarşılaçacağı hadisələrdir. Bu da şübhəsiz ki, ruh və insanın təmsili ilə əlaqədardır. Gözlə görülən bədənə əzab vermək deyil, ruha geydirilmiş təmsili bədəndən söhbət gedir ki, onun cism olması, əzab görməsi mümkündür. Əgər bu inancın barəsində olan ayələri qəbul etmirlərsə onda fəlsəfi cəhətdən sübut etsinlər ki, yoxdur. Sadəcə "yoxdur" deyib bu şeylərdən o qədər də xəbəri olmayan sadəlövh adamların beynini qarışdırmaq din deyil. Din insanları çaşbaş və şübhəyə salmaq yox, onları sabitqədəm etmək üçün, şübhədən çıxarmaq üçün nazil edilib".

T.İrfan qeyd etdi ki, Ğafir surəsi 46 cı ayədə buyurulur: "Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!"

"Burada iki əzabdan söhbət gedir. Bir səhər və axşam verilən əzab. İkincisi, ən əsası isə gələcək zamanda, qiyamət günü gəldikdə daha şiddətli şəkildə veriləcəyi aydın qeyd olunur. Demək qiyamətdən qabaq da əzab var. Bax bu əzab məhz qəbr əzabıdır.

Həmçinin Tövbə surəsinin 101 ci ayəsində buyurulur:  "Çevrənizdəki bədəvilərdən və Mədinə əhalisi arasında münafiqlər var. Onlar ikiüzlülükdə inadkarlıq göstərir, sən isə onları tanımırsan. Biz ki, onları tanıyırıq. Biz onlara iki dəfə işgəncə verəcəyik. Sonra isə böyük bir əzaba qaytarılacaqlar."

Burda açıqca iki əzabdan söhbət gedir. Aydın da göstərilir ki, böyük əzabdan, qiyamət əzabından əvvəl kafirlərə, fasiqlərə, Allahın ayələrini inkar edənlərə Allah hətta iki dəfə əzab verəcək. Bu ayələri inkar etmək yaxud təhrif etmək dindən çıxmaqdır."

Oğuz 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı