ATU-da maarifləndirici seminar: “İqlim dəyişikliyi və insan sağlamlığı”

Cəmiyyət 13:34 25.05.2024

Mayın 24-də Azərbaycan Tibb Universitetində Qidalanma və Tibbi ekologiya  Kafedrasının təşkilatçılığı ilə “İqlim dəyişikliyi və insan sağlamlığı” mövzusunda ekoloji maarifləndirici seminar keçirilmişdir. ATU-nun professor-müəllim heyəti və tələbələri ilə yanaşı, müxtəlif dövlət və qeyri-hökumət qurumlarının təmsilçiləri, ziyalılar, media nümayəndələri seminara qonaq qismində dəvət olunmuşdular. 

Ednews xəbər verir ki, tədbir iştirakçıları seminardan əvvəl kafedranın nəzdində yaradılmış “Qarabağ Azərbaycandır” guşəsi ilə tanış oldular, Vətən Müharibəsində həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.       

Seminarın açılışında məruzə ilə çıxış edən ATU-nun Qidalanma və Tibbi ekologiya kafedrasının müdiri, Tibb üzrə Fəlsəfə doktoru, dosent Fəridə ƏLİ bildirdi ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən, ekoloji problemlər, iqlim dəyişiklikləri və onun təsirləri ilə mübarizə istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında insan sağlamlığının qorunmasında və gələcək nəslin sağlamlığına mənfi təsir edə biləcək amillərin qarşısının alınmasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində əhalinin maarifləndirilməsi xüsusilə  mühüm əhəmiyyət daşıyır. Bu günkü seminar da həmin məqsədlə təşkil edilib. Ölkəmizdə keçiriləcək COP-29 tədbirinin əhəmiyyətinə toxunan kafedra müdiri bildirdi ki, məhz iqlim dəyişikliklərinə və ekoloji problemlərə həsr olunmuş mühüm beynəlxalq tədbirin - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası - COP29-un bu ilin noyabr ayında Bakıda keçirilməsi sözügedən istiqamətdə ardıcıl dövlət siyasətinin bariz nümunəsidir. 

Mövzu ətrafında müzakirələr zamanı çıxış üçün ilk söz Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevə verildi. Seminarın aktuallığını qeyd edən Umud Mirzəyev bildirdi ki, müasir dünyadakı qlobal problemlər arasında daha ciddi bəşəri təhlükə sayılan iqlim dəyişiklikləri və ekoloji tarazlığın pozulması halları xüsusilə diqqət mərkəzində saxlanılmalıdır. Seminar iştirakçılarına BAMF-ın fəaliyyəti haqqında ətraflı məlumat verən Umud Mirzəyev qurumun ekoloji problemlərə həsr olunmuş çoxsaylı layihələr həyata keçirdiyini dedi. Bu layihələr içərisində xüsusilə işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi istiqamətində davamlı icra olunan layihənin ətraf mühitin sağlamlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. O qeyd etdi ki, işğal zonasında basdırılmış minalar səbəbindən torpağın kimyəvi tərkibinin  və mikroflorasının güclü şəkildə pozulması baş vermişdir. 30 il ərzində erməni vandalları təbiətimizə qarşı terror fəaliyyəti ilə məşğul olmuşlar. Onlar işğal altında saxladıqları Qarabağımızda və ətraf rayonlarda təkcə insanlara deyil, torpağımıza, kənd təsərrüfatına, meşə və əkin sahələrinə, içməli su mənbələrinə, təbii sərvətlərə və ümumən, ətraf mühitə vəhşicəsinə ağır zərbələr vurmuşlar. Bütün bu yaraların sağaldılması, nəticələrinin aradan qaldırılması və Qarabağ  ərazilərinin yenidən bərpası, dirçəldilməsi uzun müddətli ağır, təhlükəli  zəhmət və  külli miqdarda maddi vəsait tələb edir. İndi Azərbaycanda məhz bu istiqamətdə  böyük quruculuq-bərpa işləri gedir. O xatırlatdı ki, nəzərdə tutulan iştirakçı sayına və miqyasına görə - COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən böyük tədbir olacaqdır. Həmin mötəbər tədbirdə planetin ekoloji problemlərinin  müzakirəsi ilə yanaşı, Azərbaycanın  Ermənistan Respublikası tərəfindən “Ekoloji terrora” məruz qalmış bir ölkə olduğunu bir daha dünyaya nümayiş etdirmək imkanı yaranacaqdır. Çıxışının sonunda BAMF-ın prezidenti Umud Mirzəyev seminarın işinə uğurlar arzuladı. 

Sonra universitet əməkdaşlarının seminarın mövzusu ətrafında çıxışları oldu. ATU-nun İctimai Səhiyyə Fakültəsinin dekanı dosent Qalina Qəniyeva, Epidemiologiya və bioststitika kafedrasının müdiri, Əməkdar Elm xadimi, professor İbadulla Ağayev, ATU-nun İctimai Nəzarət  Şurasının sədri Aida Bəndəliyeva, İctimai Səhiyyə Fakültəsinin həmkarlar təşkilatı sədrinin müavini Səidə Hacıyeva, ATU -nun Elmi Araşdırmalar Mərkəzinin baş elmi işçisi, dosent Tariyel Eyvazov, İkinci Qarabağ Müharibəsinin iştirakçısı, “Təbib” qəzetinin Baş redaktoru, qazi Məğrur Əli Polad, Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva və başqaları  söz alaraq mövzuya dair fikir-mülahizələrini bildirdilər. Onlar ətraf mühit amillərinin, iqlim dəyişmələrinin və ekoloji tarazlığın pozulmasının insan orqanizminə mənfi təsirləri barədə konkret faktlar əsasında danışaraq, bunun qarşısınını alınmasının labüdlüyünü qeyd etdilər. 

Tədbirə qonaq qismində dəvət olunan Əməkdar jurnalist, fəlsəfə-doktoru, yazıçı-publisist Akif ƏLİ, tanınmış şair Yusif Nəğməkar, “Azərbaycan”  qəzetinin əməkdaşı  jurnalist Züleyxa Nadir, müharibə veteranı, Prezident təqaüdçüsü, Əməkdar jurnalist Əntiqə Qonaq tədbirin əhəmiyyətini və aktuallığını nəzərə çarpdıraraq, öz ürək sözlərini söylədilər. Qeyd etdilər ki, dünya liderlərinin iştirakı ilə Planetin ən ciddi problemlərindən olan İqlim dəyişikliyi məsələlərinin müzakirəsinə həsr ediləcək COP-29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi bir daha ölkəmizin dünyada artan nüfuzunu göstərir. Qonaqlar dəvətə görə ATU-nun rəhbərliyinə və kafedra kollektivinə minnətdarlıqlarını bildirdilər.   

Seminarın yekununda ətraf mühitin insan orqanizminə təsiri barədə ictimaiyyət arasında geniş maarifləndirici işlərin daha intensiv aparılmasının zəruriliyi fikri vurğulandı.   

EDnews

 

WhatsApp-Image-2024-05-25-at-13.25.40-(1).jpeg

WhatsApp-Image-2024-05-25-at-13.25.40-(2).jpeg

WhatsApp-Image-2024-05-25-at-13.25.40-(3).jpeg

WhatsApp-Image-2024-05-25-at-13.25.40-(5).jpeg

WhatsApp-Image-2024-05-25-at-13.25.40-(6).jpeg

WhatsApp-Image-2024-05-25-at-13.25.40-(7).jpeg

WhatsApp-Image-2024-05-25-at-13.25.40-(8).jpeg

WhatsApp-Image-2024-05-25-at-13.25.40-(9).jpeg

WhatsApp-Image-2024-05-25-at-13.25.40-(11).jpeg

 

WhatsApp-Image-2024-05-25-at-13.25.40-(12).jpeg

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı