Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev ABŞ-da FETÖ terror qruplaşmasının tərəfdarlarının CNN Türk-ün müxbiri Yunus Paksoyun Pensilvaniyadan reportajı zamanı hücumunu pisləyib.
Ednews-un verdiyi məlumata görə, Umud Mirzəyev baş verən hücumu qətiyyətlə qınayıb.
"Hücum zamanı yaralanan türkiyəli qardaşımız Yunusun tezliklə sağalmasını arzulayıram. BAMF adından ''keçmiş olsun'' diləklərimi çatdırır, hücum edənlərin tez zamanda hüquqi müstəvidə cəzalandırılmasını istəyirəm".
Xatırladaq ki, CNN Türk və Hürriyet-in ABŞ nümayəndəsi Paksoy FETÖ lideri Fətullah Gülənin qaldığı ABŞ-ın Pensilvaniya ştatında təşkilatın mərkəzi binası qarşısında televiziya yayımı edərkən hücuma məruz qalıb.
Canlı əlaqə zamanı hücuma görə Paksoyun televiziya yayımı kəsilib.