Ədliyyə naziri Fərid Əhmədova yeni müavin təyin edilib.
Ednews "qafqazinfo.az"a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.
Belə ki, Ali Məhkəmənin hakimi Abiddin Hüseynov ədliyyə nazirinin müavini təyin olunub. Təyinatla bağlı Məhkəmə-Hüquq Şurası onun hakimlik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Abiddin Hüseynov ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.