Bakı Hava Limanına və Binə qəsəbəsinə dəmir yolu çəkiləcək.
Ednews apa.az-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
Onun sözlərinə görə, hazırda Vahid Nəqliyyat Strategiyası hazırlanır:
"Gələcəkdə Hövsan yolunun da bərpası planlaşdırılır. Bu işlər mərhələli qaydada görüləcək".