Bakıda baş həkimin otağına benzin törkərək yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Ednews xəbər verir ki, bu barədə “apa.az”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Qeyd edək ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb. Xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.