Xəbər verdiyimiz kimi, jurnalist İlham Abbasov vəfat edib.
Ednews xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev xəbərdən kədərləndiyini bildirərək İlham Abbasovun ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verib.
"Uzun illər "Xalq qəzeti"ndə çalışmışdı, ziyalı jurnalistlərimizdən idi. Allah rəhmət eləsin. Yeri behişt olsun".
Qeyd edək ki, İlham Abbasov ürək çatışmazlığından dünyasını dəyişib.
Mərhum sabah Goranboy rayonunda dəfn olunacaq.