COP29: Azərbaycanda və dünyada minaların ləğvi üçün qlobal çağrış - FOTOLAR

Dünya Ərzaq Mükafatı laureatı Heidi Kuhn, BAMF prezidenti Umud Mirzəyev ilə birlikdə Qarabağın minalanmış sahələrini gəzir

Cəmiyyət 18:00 18.11.2024

18 noyabr 2024-cü il – Bakı, Azərbaycan. Dünya Ərzaq Mükafatı laureatı, "Sülhün Kökləri" təşkilatının təsisçisi Heidi Kuhn və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev dünən Qarabağın təhlükəli mina sahələrində cəsarətlə addımlayaraq, mina probleminin təcili həllinə və bölgənin bir vaxtlar çiçəklənən üzümçülük sahələrinin bərpasına diqqət çəkməyə çalışıblar. Onlar "Minalardan Üzümlüyə" şüarı ilə məhsuldar torpaqları minalardan təmizləyərək yenidən üzüm bağlarına çevirmək ideyasını qlobal səviyyədə yaymaq istəyirlər. 

Qlobal liderlər Bakıda keçirilən COP29 Birləşmiş Millətlər Təşkilatının İqlim Sammitində bir araya gəldiyi bir vaxtda, Kuhn və Mirzəyev dünya ictimaiyyətinin minaların iqlim dəyişikliyinə təsirini nəzərdən qaçırdığına diqqət çəkirlər.

Qarabağın minalanmış əraziləri COP29 tədbirinin keçirildiyi Bakı Stadionundan cəmi üç saatlıq məsafədə yerləşir. Hansı ki, bu stadionda 200-ə yaxın ölkədən ümumilikdə 72,000 nümayəndə toplaşıb. Bölgədə yerləşdirilmiş və hələ də gizli qalan təxminən 1.5 milyon mina icmalar və ətraf mühit üçün davamlı risklər yaradır. Təəssüf ki, 2020-ci ilin noyabr ayından indiyədək 382 nəfər günahsız azərbaycan vətəndaşı minaların qurbanı olub. 

Kuhn bildirir: “COP29-un əsas mövzusu ‘Yaşıl Dünya üçün Həmrəylikdir”. Lakin yaşıl dünyaya mina basdırılmış torpaqlarda və müharibənin qanlı izləri fermerlərin sahələrini becərməsinə mane olduğu halda nail olmaq mümkün deyil. Yaşıl dünyanın ilk addımı təhlükəsiz və məhsuldar torpaqdır. Lakin bu, nə münaqişə zamanı, nə də minaların mövcud olduğu yerlərdə reallaşa bilər. 2050-ci ilə qədər dünyada təxminən 10 milyard insan yaşayacaq və artan müharibələr nəticəsində həm torpaqda, həm də insan ruhunda səpilən bu terror toxumları gələcək nəsilləri qidalandırmağa mane olacaq.”

"Sülhün Kökləri" və BAMF dünya liderlərinə müraciət edərək Azərbaycandakı bütün minaların ləğvi üçün onların kampaniyasına təcili dəstək verməyə çağırırlar. Onlar ümid edirlər ki, bu, COP29-un əhəmiyyətli irsi olaraq, kənd təsərrüfatı vasitəsilə sülhün bərpasına töhfə verəcəkdir. Həmçinin, bərpaedici kənd təsərrüfatı proqramının dünyada müharibədən zərər çəkmiş, 60-dan çox ölkədə yerləşən və təxminən 110 milyon mina olan ərazilərdə tətbiqi mümkün ola bilər.

Minalar yalnız münaqişələrdən sonra da mülki şəxslərə zərər verməklə kifayətlənmir, həm də dağıdıcı bir miras buraxır. Onlar ətraf mühitə ciddi ziyan vuraraq vəhşi təbiətə və ev heyvanlarına zərər yetirir və ekoloji zərər zəncirini hərəkətə gətirir. Minalar torpaq eroziyasına, meşələrin məhv olmasına və su mənbələrinin ağır metallarla çirklənməsinə səbəb olur. Eyni zamanda, həyat mühitlərini məhv etməklə və qida tədarükü zəncirlərini pozmaqla, bəzi növlərin tərkibini dəyişdirir və ətraf mühitə vurulan ziyanı artırır. 

Partlayışlar bir zamanlar müxtəlif flora və faunanı dəstəkləyən əraziləri daimi olaraq zədələmiş, geniş, ekoloji cəhətdən canlı məkanları geniş və bahalı bərpa tələb edən çirklənmiş zonalara çevirmişdir. Bərəkətli kənd təsərrüfatı torpaqları, meşələr və su ehtiyatları da təsirə məruz qalaraq ərzaq təhlükəsizliyini sarsıdan, yaşayış vasitələrini təhdid edən və biomüxtəlifliyi təhlükə altına alan domino effekti yaradıb.

Məlumdur ki, minaların ətraf mühitə təsirini başa düşmək davamlı, uzunmüddətli remediasiya strategiyalarının hazırlanması üçün çox vacibdir. Bu strategiyalar təkcə təhlükəsizliyi təmin etmək üçün deyil, həm də ekosistemin bərpasını dəstəkləmək üçün vacibdir.

BAMF prezidenti Umud Mirzəyev vurğulayır: “Mina təmizləmə səyləri baha başa gəlir və qabaqcıl texnologiya, ixtisaslı işçi qüvvəsi və davamlı beynəlxalq dəstək tələb edir. Təcili sərmayələr olmadan davam edən ekoloji tənəzzül biomüxtəlifliyi, təbii ekosistemləri və bu resurslardan asılı olan icmaların dolanışıq mənbələrini təhdid etməyə davam edəcək. Minaların təmizlənməsi sürətini artırmaq təkcə humanitar zərurət deyil, həm də planetimizin biosferinə gələcək zərərin qarşısını almaq üçün ekoloji vacib şərtdir.”

Sülhün Kökləri haqqında: 

1997-ci ildə əsası qoyulmuş Roots of Peace humanitar qeyri-kommersiya təşkilatıdır. Təşkilatın missiyası münaqişədən sonrakı regionlarda iqtisadi canlılığı bərpa etmək və dünyanın ən həssas icmalarına dəstək göstərməkdir. 8 milyondan çox meyvə ağacı əkilmiş, yeni bazarlara ixrac edilmiş və milyonlarla fermer ailəsinin həyatına müsbət təsir göstərmişdir. Kənd Təsərrüfatı vasitəsilə Sülh dünyaya sülh gətirən bir yoldur. Dəstək üçün: www.rootsofpeace.org

BAMF haqqında:

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin Əsas Məşvərətçi statuslu üzvü olan, 1992-ci ildə yaradılmış qeyri-hökumət təşkilatıdır. Media və vətəndaş cəmiyyəti təşkilatı kimi yaradılan BAMF 1990-cı illərin ortalarından sosial və humanitar proqramların icrasına başlayıb. BAMF 2000-ci ildən BMTİP-in dəstəyi ilə Mina Aksiyası Proqramına qoşulub və bu gün Azərbaycan respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əsas tərəfdaşlarından biridir. Təşkilat bu günə qədər 14 min hektardan çox ərazini minalardan və partlamamış hərbi sursatlardan təmizləyib son istifadəçiyə təhvil vermişdir. BAMF-ın missiyası "Hər kəs üçün sülh"-dür.

cagiris-2.jpg

cagiris-3.jpg

cagiris-4.jpg

cagiris-5.jpg

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı