"Qlobal Cənub QHT Platformasının yaranması fövqəladə hadisədir"

Cəmiyyət 16:06 30.05.2025

İnkişaf etməkdə olan ölkələrin qlobal arenada daha güclü mövqe tutması və onların maraqlarının beynəlxalq səviyyədə müdafiə edilməsi müasir dövrün ən vacib məsələlərindən biridir. Bu baxımdan, Qlobal Cənub QHT Platformasının yaranması mühüm  addımdır. Platforma Cənub ölkələrinin vətəndaş cəmiyyətlərini bir araya gətirərək, onların səylərini əlaqələndirmək və sosial, iqtisadi, ekoloji problemlərə qarşı birgə həll yolları tapmaq məqsədilə yaradılıb. 

“EDnews” xəbər verir ki, mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev  bildirib ki, Qlobal Cənub QHT Platforması  ideya kimi unikal məsələdir:

“Platforma aprel ayında formalaşıb. Bildiyiniz kimi, dünya miqyasında çoxsaylı platformalar var. Onların böyük əksəriyyəti ya ABŞ-dən, ya Avropa ölkələrindən, ya da qlobal təşkilatların təşəbbüsü ilə yaranıb. Bu platformalarda təmsil olunan vətəndaş cəmiyyəti qurumlarının böyük əksəriyyəti inkişaf etmiş ölkələrdəndir. Lakin Qlobal Cənub ölkələrinə mənsub QHT-lər beynəlxalq səhnədə həm say baxımından, həm mövqe etibarilə, həm də bacarıqları baxımından ən aşağı səviyyədədir. Bu səbəbdən BMT, Avropa Birliyi və digər beynəlxalq təşkilatlarda daha çox bu cür təşkilatların mövqeyi dominantdır. Bu bölgəyə aid olan QHT-lər isə ikinci, üçüncü dərəcəli təşkilatlar idi və onların nüfuzu kifayət qədər zəif idi. Bu səbəbdən Qlobal Cənuba aid QHT təşkilatları beynəlxalq səhnədə kifayət qədər güclü mövqe qazana bilməyib. Bir sıra mövcud platformalar müxtəlif siyasi sifarişlər yerinə yetirməklə neytrallıqlarını itirib və etibarlarını zəiflədib”.

Umud-Mirzəyev.jpg

U.Mirzəyevin sözlərinə görə, belə bir platformanın yaranması fövqəladə  hadisədir:

“Onun Azərbaycanda yaranması isə ayrıca önəm daşıyır. Bu platformanın daha da mükəmməl olması üçün Azərbaycan rəhbərlik edir. Onun formalaşmasında ölkənin vətəndaş cəmiyyəti mənsubu Ramil İsgəndərli bu prosesləri yönəldir. Hesab edirəm ki, bu platformanın uğurla inkişafı üçün zəruri addımlar atılacaq. Rəhbəri olduğum Beynəlxalq Avrasiya Mətbuat Fondu bu forumun keçirilməsində, şəbəkənin formalaşmasında kifayət qədər aktiv yer alan təşkilatlardan biridir. Baş tutan forum çərçivəsində 6 təşkilat arasında əməkdaşlıq haqqında sənəd imzalanıb. Onlardan biri də Beynəlxalq Avrasiya Mətbuat Fondu idi. Biz Ərəb Platformasının prezidenti Kamel Esseghairi ilə uzun illərdir bir-birimizi tanıyırıq və bu platformanın formalaşmasında ilkin gündən dəstək verən qurumlardan biridir. Forum çərçivəsində də əməkdaşlıq protokolu imzaladıq və aprel ayının sonlarında forum baş tutub. İyun ayında Kamel Esseghairinin Azərbaycana səfəri planlaşdırılır. Bu çərçivədə bizim xeyli planlaşdırdığımız işlər var və düşünürük ki, Qlobal COP30-la bağlı Qlobal Cənub QHT Platformasının fəal şəkildə proseslərə qatılmasında iştirak edək. Ümumiyyətlə, növbəti illərdə əməkdaşlıqlarımız daha da genişlənəcək və ciddi təşəbbüslər həyata keçiriləcək. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlandı
11:20 10.07.2025
"Növbəti il bütün müəllimlər sertifikasiyadan keçmiş olacaq"
11:05 10.07.2025
Bakı–Tbilisi–Qars dəmir yolu xətti üzrə razılaşma baş tutub
10:50 10.07.2025
İsveçin miqrasiya naziri ifrat sağçı qohumu səbəbilə təzyiqlərlə üz-üzədir
10:35 10.07.2025
Füzuliyə beynəlxalq səyyahlar gəliblər
10:20 10.07.2025
Ağdərədə baş verən mina partlayışında bir nəfər yaralanıb
10:05 10.07.2025
İyulun 10-u Ümumdünya Hüquq Günüdür
09:50 10.07.2025
Bu gün Xalq yazıçısı Sabir Əhmədlinin 95 yaşı tamam olur
09:35 10.07.2025
Azərbaycan neftinin qiyməti bahalaşıb
09:20 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
09:08 10.07.2025
Dünya bazarında qızıl və gümüşün qiyməti qalxıb
09:05 10.07.2025
ABŞ Şri-Lankadan idxala 30% rüsum tətbiq edəcək
08:48 10.07.2025
Aralıq dənizi quruyur -BMT-nin 2030 xəbərdarlığı
08:18 10.07.2025
Abdulla Öcalan niyə PKK-ya ikinci dəfə çağırış etdi? -Ekspert danışdı
07:48 10.07.2025
ABŞ-da qızılcanın sayı rekord həddə çatıb
07:19 10.07.2025
Bitkoinin qiyməti tarixi maksimumu yeniləyib
06:51 10.07.2025
Qlobal istiləşmə vulkanları oyada bilər
06:23 10.07.2025
Fransa və Böyük Britaniya "nüvə məsələsi"ndə birgə hərəkət edəcək
05:50 10.07.2025
NASA-da istefa dalğası: 2000-dən çox rəhbər işdən çıxır
05:17 10.07.2025
"Microsoft" süni intellektin hesabına 500 milyon dollara qənaət edib
04:44 10.07.2025
Aralıq dənizinin dibindən İsgəndəriyyə mayakı çıxarıldı
04:20 10.07.2025
HƏMAS 10 israilli girovu azad etməyə razıdır
03:48 10.07.2025
Rəhman Bədəlov vəfat etdi
03:13 10.07.2025
Cənubi Koreyanın eks-prezidentini həbs olundu
02:48 10.07.2025
"OpenAI"öz brauzerini yaradır
02:15 10.07.2025
Tramp Braziliya mallarına 50% rüsum təyin etdi
01:42 10.07.2025
Yuxu terroru niyə baş verir? -Ekspert danışdı
01:19 10.07.2025
Kral III Çarlzın gözü "qan çanağına döndü"
00:46 10.07.2025
Reynir vulkanı ətrafında nə baş verir? -Bir gecədə yüzlərlə zəlzələ oldu
00:11 10.07.2025
"Sağlam girdiyim xəstəxanadan əlil çıxdım"
23:38 09.07.2025
Əbu-Dabi görüşü Cənubi Qafqaza nə vəd edir?
23:08 09.07.2025
"Nvidia"nın bazar dəyəri 4 trilyon dolları ötüb
22:43 09.07.2025
"X"in baş direktoru istefa verdi
22:13 09.07.2025
Ukrayna müharibəsi: NATO-nun sərhədləri harada bitir? -Analitik Baxış
21:56 09.07.2025
Mərkəzi Asiyanın ən güclü superkompüteri işə salındı
20:30 09.07.2025
ABŞ-yə giriş pullu olacaq
20:00 09.07.2025
“İki sahil” 34 yaşını qeyd edir
19:45 09.07.2025
Zelenski İtaliyaya getdi
19:30 09.07.2025
Borcların geri qaytarılması yoxsa... - Dilemma
19:15 09.07.2025
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib
19:06 09.07.2025
Hamısı