“Disney” və “Pixar”ın yeni animasiya filmi “Toy Story 5” bu dəfə uşaqların oyuncaqlardan uzaqlaşaraq planşet və digər elektron cihazlara bağlanmasını əsas mövzu kimi təqdim edir.
EDnews xəbər verir ki, filmdə hadisələrin mərkəzində “Bonni” adlı qız dayanır.
O, yaşıdlarının təzyiqi altında sevimli oyuncaqlarını kənara qoyaraq “Lilypad” adlı ağıllı planşetə maraq göstərir.
Bu isə “Vudi”, “Baz Layter” və digər oyuncaqları yeni mübarizəyə sürükləyir.
“Cessi” obrazını səsləndirən aktrisa Joan Kusak açıqlamasında bildirib ki, yeni ekran layihəsində qızların hekayəsinə daha çox yer ayrılması xüsusi əhəmiyyət daşıyır:
“Qızların hekayələri fərqli baxış bucağı təqdim edir. Yaxşı danışıldıqda isə çox güclü emosional təsir yaradır”.
Qeyd edək ki, “Toy Story 5”in rejissoru Endryu Stenton, ssenari müəllifləri isə Endryu Stenton və Kenna Harrisdir.






