Rusiya ordusu Ukraynanın Zaporojye şəhərində yerləşən enerji obyektlərinə zərbələr endirib.
EDnews xəbər verir ki, hücum nəticəsində şəhərin enerji infrastrukturuna ziyan dəydiyi bildirilir.
Hadisənin nəticələri və mümkün itkilərlə bağlı hələlik rəsmi qurumlar tərəfindən ətraflı məlumat açıqlanmayıb.
Aidiyyəti qurumlar vəziyyəti qiymətləndirmək və fəsadları aradan qaldırmaq istiqamətində işləri davam etdirirlər.







