Yaxın Şərq alovlana bilər: İsraildən İrana SƏRT MÜHARİBƏ SİQNALI

Yaxın Şərq alovlana bilər: İsraildən İrana <span class="text-danger">SƏRT MÜHARİBƏ SİQNALI</span>

"İsrailin müdafiə naziri İsrael Katsın İranla mümkün müharibə barədə açıqlamaları kifayət qədər ciddi qəbul edilməlidir. Çünki burada söhbət təkcə siyasi ritorikadan deyil, həm də İsrailin müstəqil hərbi addımlara hazır olduğunu nümayiş etdirməsindən gedir".

EDnews xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Yevgeni Mixaylov Katsın İran tərəfindən raket zərbələri endiriləcəyi təqdirdə İsrailin Tehranla müharibə vəziyyətinə düşə biləcəyi barədə sözlərini şərh edərkən deyib. 

Mixaylovun sözlərinə görə, İsrail və İran arasında birbaşa hərbi toqquşma riski yüksək olaraq qalır. Bununla belə, hər iki tərəf genişmiqyaslı müharibənin hansı nəticələrə gətirib çıxara biləcəyini yaxşı anlayır.

“Hazırda biz sərt ritorika, hərbi planlaşdırma və psixoloji təzyiq cəhdlərinin bir arada olduğunu görürük. İsrail göstərir ki, sonsuz danışıqları gözləmək niyyətində deyil və İran tərəfindən təhlükəni birbaşa hiss edərsə, müstəqil hərəkət etməyə hazırdır. İsrail silahlı qüvvələri İrana qarşı müstəqil əməliyyat planı hazırlamaq tapşırığını iki istiqamətdə qiymətləndirmək olar. Bir tərəfdən bu, Tehrana təzyiq elementidir, digər tərəfdən isə güc ssenarisi də daxil olmaqla müxtəlif vəziyyətlərə real hazırlıqdır"- deyə ekspert bildirib.

ABŞ-nin roluna toxunan hərbi ekspert bildirib ki, Vaşinqton bu prosesdə əsas oyunçulardan biri olaraq qalır. Onun sözlərinə görə, ABŞ bir tərəfdən eskalasiyanın qarşısını almağa və danışıqlar prosesini qorumağa çalışır, digər tərəfdən isə İsrailin əsas müttəfiqidir. 

“Ciddi gərginlik yaranacağı təqdirdə ABŞ-nin kənarda qalması olduqca çətin olacaq. Məhz buna görə Amerika diplomatiyası hazırda vəziyyətin açıq hərbi münaqişəyə çevrilməsinin qarşısını almağa çalışır”, - deyə Mixaylov qeyd edib.

Ekspertin fikrincə, İsrail və İran arasında mümkün birbaşa toqquşma yalnız bu iki ölkə ilə məhdudlaşmayacaq. Livan, Suriya, İraq və Fars körfəzi regionu da risk altında qala bilər.

Mixaylov Hörmuz boğazı faktoruna da diqqət çəkib. Onun sözlərinə görə, bu ərazidə istənilən təhlükə dünya enerji bazarlarına təsir göstərəcək.

“Neft və qaz qiymətlərinin artması, təchizatda fasilələr və Fars körfəzində hərbi mövcudluğun güclənməsi hətta məhdud münaqişənin belə birbaşa nəticələri ola bilər”, - deyə o bildirib.

Mixaylov vurğulayıb ki, belə bir eskalasiya Yaxın Şərq üçün yeni qeyri-sabitlik mərhələsi demək ola və hələ də mövcud olan kövrək diplomatik kanalları sıradan çıxara bilər.

Onun sözlərinə görə, hazırkı vəziyyət son dərəcə təhlükəlidir. Katsın açıqlamalarını hələlik İrana təzyiqin bir hissəsi kimi qiymətləndirmək mümkündür, lakin müəyyən şərtlər daxilində ritorika qısa zamanda real hərbi addımlara çevrilə bilər.

Aysel Hacıyeva | EDnews

Xəbər xətti

ABŞ Məhkəməsindən TRANSLARLA bağlı TARİXİ QƏRAR
21:59
AQTA sədri: "Broyler toyuqları ilə bağlı iddialar həqiqəti əks etdirmir"
21:42
Sabah bu ərazilərdə qaz olmayacaq
21:36
Yayda bu dərmanları qəbul etməyin – XƏBƏRDARLIQ
21:15
Ankarada Ərdoğan-Kaya Kallas görüşü keçirilib
21:11
Haluk Leventin qardaşı həbs edildi
20:58
“Özəl bağçalarda qidalanma ürəkaçan deyil” - AQTA sədri
20:55
Ukraynada rus dilinin qadağan edilməsi təklif olunur
20:50
Dilçilik İnstitutu: "Yeni orfoqrafiya lüğətində 175 mindən çox söz üzərində iş aparılır"
20:31
BMT-dən ciddi XƏBƏRDARLIQ – Ebola daha 1 milyon insanı…
20:18
Albaniyada Trampın kürəkəninin layihəsinə etiraz: "Albaniya satılmır"
20:03
"Dostluq" tankeri Türkmənbaşı limanına çatdı
19:57
Rusiya ordusu Zaporojyedə enerji obyektlərini hədəfə alıb
19:50
Videobloger Günel Ağayeva məhkəməyə verilib
19:19
"4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlumdur"- XİN-dən AÇIQLAMA
19:04
Pakistanda dəhşətli faciə: Tədris mərkəzinin damı uçdu, uşaqlar həlak oldular
18:53
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - Rəsmi açıqlama
18:43
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni çimərlik istifadəyə verildi - Fotolar
18:37
Yaxın Şərq alovlana bilər: İsraildən İrana SƏRT MÜHARİBƏ SİQNALI
18:19
22 istiqamətdə tıxac var - Siyahı
18:00
Katzın XƏBƏRDARLIĞI: Müharibə başlayır?
17:45
67 min insan Xameneiyə görə toplaşacaq
17:25
İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib
17:13
Həyat yoldaşının telefonuna baxdı DÖYÜLDÜ
17:03
"Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun icrası ilə bağlı bəzi qanunlara dəyişiklik təsdiqlənib
16:47
İran XİN: Qalibafın Azərbaycana səfəri uğurlu olub
16:37
“Birinci Türkoloji Qurultay: yüz ilin elmi vǝ mǝdǝni irsi” tarixi İsmailiyyə binasında
16:17
Bakıda 7 avtobus marşrutunun istoqaməti dəyişdirilir
16:09
Aİ Ukraynaya PUA üçün 3,9 mlrd. avro ayırdı
15:58
U-15 və U-17 millilərində yeni məşqçilər BƏLLİ OLDU
15:46
Ruttedən TƏKZİB: "NATO-dan uzaqlaşılmayıb"
15:39
Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
15:31
Peşə təhsili ixtisasları üzrə xərclər müəyyənləşib
15:21
Bakıda daha iki marşrut xəttinin avtobusları yeniləndi
15:11
DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verildi
14:57
Trampın təklifi, Fransanın şərti: Hörmüzdə NƏ BAŞ VERİR?
14:48
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
14:27
Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində olublar - FOTO
14:23
Perunun ilk qadın prezidenti o oldu
14:03
Paşinyan qondarma “erməni soyqırımı” mövzusunda NİYƏ SUSDU?
13:50
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə danışdı - NƏLƏR MÜZAKİRƏ OLUNDU?
13:39
Qarpız alarkən BUNLARA DİQQƏT EDİN!
13:35
İranda silahlı hücum olub - SEPAH ÜZVLƏRİ ÖLÜB
13:28
Paşinyan Əli Xameneinin vida mərasimində iştirak edəcək
13:17
Emin Əmrullayev: Təhsil sahəsində sistemli korrupsiya yoxdur
13:11
Hesablama Palatasına yeni səlahiyyət verilir
13:08
Politoloq: "Tarixi hadisələrin siyasiləşdirilməsi diplomatik gərginlik yaradır"
13:00
Psixiatriya müayinəsi ilə bağlı qaydalar DƏYİŞDİRİLİR
12:58
"Azərbaycan Dəmir Yolları" iki şirkətini birləşdirir
12:48
“Türkoloji Qurultayın 100 illiyi TƏKCƏ YUBİLEY DEYİL" - MİLLƏT VƏKİLİ
12:38
Pilləkəndən yıxılan 71 yaşlı kişi ölüb
12:28
TANAP-la tarixi göstərici: Azərbaycan qazı 100 milyard kubmetrə yaxınlaşdı
12:18
Şuşada TDT ölkələri arasında ilk dini toplantı başlayıb
12:08
Bakının iki yolunda hərəkət məhdudlaşdırılacaq - FOTOLAR
11:57
Daha 6 itkin-şəhidin nəşi ailəsinə təhvil veriləcək
11:48
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında 14 məsələ müzakirə olunacaq
11:38
Veteran pulu ilə bağlı MÜHÜM XƏBƏR: ARTIRILIR?
11:25
Nazirdən 20 min müəllimə ŞAD XƏBƏR
11:04
Nəriman Həsənzadənin SON DURUMU: “SÜNİ TƏNƏFFÜS aparatına qoşulub”
10:45
Bir neçə itkin-şəhidin nəşi ailələrinə təhvil veriləcək - AÇIQLANDI
10:41
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR