Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında xarici siyasət, ticarət, miqrasiya və viza məsələləri müzakirə olunub.
EDnews xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "X" sosial şəbəkə hesabında yazıb.
"Yaxın Şərq və Rusiya-Ukrayna müharibəsindəki vəziyyət başda olmaqla, cari regional və qlobal məsələləri dəyərləndirdik", H. Fidan Avropa diplomatiyasının rəhbəri Kaya Kallas, Aİ komissarları Marta Kos və Maqnus Brunner ilə görüşün yekunlarına dair bildirib.
Onun sözlərinə görə, Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır: "Aİ ilə münasibətlərimizi bu anlayış əsasında inkişaf etdirməyə hazırıq.
Aİ-nin də Türkiyə ilə olan münasibətlərini obyektiv meyarlar və ləyaqət əsasında, ayrı-seçkilik etmədən irəlilətməsini gözləyirik".







