Albaniyanın paytaxtı Tiranada ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə əlaqələndirilən turizm layihəsinə etiraz aksiyası keçirilib.
EDnews xəbər verir ki, Albaniya Parlamenti qarşısına toplaşan etirazçılar "Albaniya satılmır" şüarları səsləndirərək layihəyə qarşı olduqlarını bildiriblər.
Məlumata görə, etirazlara səbəb olan layihə sosial şəbəkələrdə və ictimaiyyətdə "Epşteyn adası" ilə müqayisə edilir.
Aksiya iştirakçıları layihənin ölkənin milli maraqlarına və təbii irsinə zərər verə biləcəyini iddia edərək onun dayandırılmasını tələb ediblər.






