Mosul əməliyyatının davam etməsi ilə İŞİD-in əlindən xilas olan qadınların sayı artır.
"Eurasia Diary" xarici KİV-ə istinadən xəbər verir ki, İraqın Kürdüstan bölgəsində Dohak qaçqınlar düşərgəsi İŞİD terror qruplaşmasının girovluğunda olan qadın və qız uşaqlarının yerləşdirildiyi düşərgədir. Onların əksəriyyəti yezidilərdir.
Düşərgə digər qaçqınları da qəbul etməyə hazırdır.
Xilas olanlardan biri İŞİD-in əsirliyində 15 ay qalıb və bildirib ki, biz onların qulu idik."Mən 5 kişiyə satıldım. Onlar Mosul, Təl-Əfər və əl-Anbarda idilər. Mən dəfələrlə onların əlindən qaçmağa çalışdım. 3 dəfə cəhddən sonra özümü öldürmək istədim ki, onlar artıq məni tuta bilməsinlər".
Bu düşərgədə tibbi briqadalar zərərçəkənlərə kömək etməyə çalışırlar. Lakin onların əksəriyyəti güclü depressiyadan əziyyət çəkir.
Düşərgənin qadın həkimi deyir: "Çox çətindir. Mən 2 ildir ki, əsirlikdən xilas olanları qəbul etməkdəyəm. Onların hər birinin həyat hekayəsi dəhşətlidir. Mən təcavüzə məruz qalmış 9 yaşlı qız uşağı gördüm".
Bu düşərgədə 800 qadın və gənc qız yerləşdirilib. Mosul uğrunda döyüşlərin davam etməsi ilə bu düşərgənin sakinlərinin sayının artacağı gözlənilir.