Azərbaycan millisinin qapıçısı Emil Balayev "Zirə" klubu ilə müqavilə imzalayıb.
Eurasia Diary xəbər verir ki, bu barədə Klubun Mətbuat xidmətindən məlumat verilib, 26 yaşlı qolkiper mövsümün sonuna kimi qəsəbə təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Emil Balayev son olaraq Qazaxıstanın "Tobol" komandasının formasını geyinib. (report.az)