Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyununun hakim təyinatları bəlli olub.
Ednews xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Kreyq Pavsona Simon Bennett və Li Betts kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək. VAR-da avstriyalı Cared Gillett, AVAR-da isə Mixael Salisburu olacaqlar.
Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq görüş saat 21:45-də başlayacaq.